
Qebreyesusun məkrli planı
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”
Avropada qırmızı xəbərdarlıq – 2 dəfə artıb, 38 ölüm qeydə alınıb
Araşdırmanın nəticəsi qorxuncdur
DST ABŞ-ın geri çəkilməsindən sonra üzvlük haqqını artırmaq istəyir
“Qiyamət saatı” bir saniyə irəli çəkilib
Səhiyyə işçilərinə qurumla işi dayandırmaq əmr edildi
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
DST dünyanın gözlədiyi açıqlamanı verdi – peyvənd qərarı
DST-dən yeni çiçək xəstəliyi xəbərdarlığı
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
Dünya Səhiyyə Təşkilatından Ukrayna xəbərdarlığı
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
Xəstələrin 80 faizdən çoxu Avropadadır
Növbəti pandemiya elan olundu
58 ölkədə 3400-dən çox yoluxma
Dünya Səhiyyə Təşkilatının keçirdiyi yeni pandemiya təlimi, min illər boyu əbədi donmuş torpaqlarda yatmış qədim virusların qlobal epidemiya riski yaratdığına diqqət çəkir. “Mamont çiçəyi” adlanan qondarma virus çiçək xəstəliyinə bənzər ölümcül ssenarinin mərkəzindədir.
“The Telegraph” qəzetinin məlumatına görə, Dünya Səhiyyə Təşkilatı (DST) bu ayın əvvəlində 15-dən çox ölkənin iştirakı ilə “Polaris Exercise” adlı simulyasiya həyata keçirib. Təlimin mərkəzində qədim virusun yunlu mamontun qalıqlarında oyanması və sürətlə bütün dünyaya yayılaraq ölümcül epidemiyaya səbəb olduğu uydurma ssenari dayanırdı.
***
DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus öz açıqlamasında 20 il sonra və ya sabah yeni bir pandemiya baş verə biləcəyini və bunun epidemioloji əminlik olduğunu vurğulayıb.
“Polaris Təlimi” ölkələrin gözlənilməz qlobal epidemiyaya hazır olub-olmadığını yoxladı.
Məşqdə simulyasiya edilən virus, 30 faizi ölüm nisbətinə malik olan və 1980-ci ildə məhv edilən çiçək xəstəliyinə oxşar xüsusiyyətlərə malik olan “mamont çiçəyi” adlı uydurma virus idi.
Virusun Arktikada qazıntı zamanı yunlu mamont qalıqlarından çıxdığı fərz edilirdi.
***
DST-nin brifinq sənədlərində bildirilir ki, iqlim dəyişikliyi ilə əlaqədar Arktikada əbədi donmuş torpaqların əriməsi əvvəllər məlum olmayan patogenlərin yaranmasına səbəb ola bilər. Bu təkcə fantastika deyil – həqiqi elmi imkan hesab edilir.
2023-cü ildə fransız alim Jan-Mişel Klaveriye laboratoriya mühitində 48.500 il əvvələ aid “zombi virusu”nu canlandıraraq bu sahəyə diqqət çəkib.
Digər tərəfdən bölgəyə gələn sənədli film çəkənlərin və fil sümüyü ovçularının lazımi sağlamlıq tədbirləri görmədən bu qədim xarabalıqlarla təmasda olduqları bildirilir.
***
“Mamont çiçəyi”nun uydurma ssenari olmasına baxmayaraq, DST rəsmiləri deyirlər ki, real epidemiya daha mürəkkəb və nəzarət etmək çətin ola bilər.
Təlimdə iştirak edən ölkələrin virusa nəzarət edə bilməsi ssenarinin asanlığı ilə izah olunur.
Bununla belə, ekspertlər xüsusilə qütb bölgələrində buzlaqların əriməsinin təkcə iqlim üçün deyil, həm də qlobal sağlamlıq üçün təhlükə yarada biləcəyini iddia edirlər.