Ebola epidemiyası böyüyür
Konqoda yoluxanların sayı 500-ü, ölənlərdə isə 130-u keçib
12:28 | 8 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 365 dəfə baxılıb
Şriftin ölçüsü
Konqoda yoluxanların sayı 500-ü, ölənlərdə isə 130-u keçib
Avropa Dərman Agentliyindən hantavirus etirafı
Hollandiyada 12 səhiyyə əməkdaşı karantinə alındı
DST baş direktoru: “Narahat olduğunuzu bilirəm”
Test analizləri pozitiv çıxan Fransa vətəndaşının vəziyyəti ağırdır
Hantavirusla bağlı narahatlıq artır – mütəxəssislərdən açıqlama, maska məcburiyyəti ...
Avropada ölənlər var; ölkələr xəbərdar edildi
3 nəfər öldü, 150 nəfər karantinaya alınıb; DST vəziyyəti izləyir
Hava kirliliyi və demensiya arasında əlaqə
Nələri bilmək lazımdır?
Çağırışlar, risklər və müasir strategiyalar
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
Dünyada hər saatda 100 insan yalnızlığın qurbanı olur
“COVİD-19”un yeni “Nimbus” variantı sürətlə yayılır
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Koronavirus yoluxmaları hətta yay aylarında arta bilər
Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib ki, gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir. Yeni bir pandemiya 20 il və ya daha çox müddətdə baş verə bilər və ya sabah da ola bilər. Amma bu baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik.
Milyonlarla insanın ölümünə görə başda DST olmaqla pandemiyanı cinayətkarcasına idarə edənlər məsuliyyət daşımalıdırlar. İnsan ölümlərindən başqa dünya iqtisadiyyatına da bilərəkdən ziyan vurdular, iqtisadiyyatı zəiflətdilər, 18 trilyon dollar vəsaiti dünyaya səpib inflyasiyanı yüksəldilər, 700 milyon orta sinif nümayəndəsini işsiz qoydular, gəlirlərini azaltdılar. Bu insanlıq əleyhinə cinayət idi – ən böyük kriminal əməlləri isə o idi ki, “COVİD-19” virusunun laboratoriya mənşəli olduğunu gizlətdilər, insanlara yalan danışdılar, insan övladının azadlıq hissini məhv etməyə çalışdılar.
Bu gün dünyada “sağ” və “millətçi” dalğanın daha da yüksəlməsi pandemiyanın nəticəsidir. Birjalarda balonlar yaratdılar, 18 trilyon dollar ehtiyacı olanlara deyil də, səhm bazarında şarların yaranmasına, varlıların daha çox varlanmasına səbəb oldu. Bu gün də dünya iqtisadiyyatı pandemiyanın vurduğu zərbələrlə silkələnir.
Yaxşı, Qebreyesus nədən indi yeni pandemiyalardan danışır? DST ölkələr arasında pandemiya sazişi üzrə danışıqlar aparır. Məqsəd də budur ki, pandemiya elan olunan kimi DST böyük səlahiyyət alsın, ölkələrin suveren qərar alma mexanizmləri ləğv edilsin. Təhlükəli məqamdır, ABŞ-ın DST-dən çıxması bu təhlükəni xeyli zəiflətdi, amma aradan qaldırmadı. Azərbaycan da DST-dən çıxmalı, öz səhiyyə təhlükəsizliyini suveren qərarlarla və əsl müttəfiqlərlə birgə təmin etməyin yollarını tapmalıdır.
DST kimi qurumlar korrupsiya və insanlıq üçün təhlükə mənbəyinə çevriliblər...