Hantavirus pandemiyaya çevrilə bilərmi?
DST baş direktoru: “Narahat olduğunuzu bilirəm”
14:03 | 13 may 2026 | Çərşənbə
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
DST baş direktoru: “Narahat olduğunuzu bilirəm”
Test analizləri pozitiv çıxan Fransa vətəndaşının vəziyyəti ağırdır
Hantavirusla bağlı narahatlıq artır – mütəxəssislərdən açıqlama, maska məcburiyyəti ...
Avropada ölənlər var; ölkələr xəbərdar edildi
3 nəfər öldü, 150 nəfər karantinaya alınıb; DST vəziyyəti izləyir
Hava kirliliyi və demensiya arasında əlaqə
Nələri bilmək lazımdır?
Çağırışlar, risklər və müasir strategiyalar
Tütün, alkoqol, şəkərli və energetik içkilər bütün ölümlərin 75 faizinin səbəbkarıdır
Dünyada hər saatda 100 insan yalnızlığın qurbanı olur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Dünya yeni epidemiyaya hazırlaşır
DST-dən “Mamont Çiçəyi” pandemiyası xəbərdarlığı
DST korrupsiya və insanlıq üçün təhlükə mənbəyidir
Solaryum aludəçisi qadın: “Vicdan əzabı çəkirəm, çox təəssüflənirəm”
Avropada qırmızı xəbərdarlıq – 2 dəfə artıb, 38 ölüm qeydə alınıb
Fransada daha əvvəl “MV Hondius” kruiz gəmisi ilə bağlı 13 nəfərin karantinə alınması barədə məlumatların yayılmasından sonra, Avropada hantavirusla bağlı vəziyyət diqqət mərkəzində qalmağa davam edir.
VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu dəfə Hollandiyada yeni karantin qərarı verilib. Nijmegen şəhərində yerləşən “Radboudumc” Universitet Xəstəxanasında yoluxmuş xəstə ilə təmasda olan 12 tibb işçisi ehtiyat tədbiri olaraq 6 həftəlik karantinə alınıb.
Xəstəxananın açıqlamasına görə, karantinə alınan əməkdaşlar “MV Hondius” gəmisindən gətirilən xəstənin müalicəsi zamanı qoruyucu tibbi protokollara tam əməl etməyiblər. Buna görə də onların virusa yoluxma ehtimalı aşağı qiymətləndirilsə də, profilaktik tədbir kimi izolasiya qərarı verilib.
Məlumata əsasən, hadisə zamanı xəstədən götürülən qan nümunələrinin xüsusi təhlükəsizlik qaydaları ilə işlənməsi tələb olunurdu. Bundan əlavə, xəstənin bioloji materialının məhv edilməsi prosesində də beynəlxalq standartlara uyğunluqla bağlı pozuntular aşkarlanıb.
“Radboudumc” xəstəxanasının rəhbərliyi bildirib ki, bu addımlar ciddi təhlükə ehtimalına görə deyil, mümkün riskləri tam aradan qaldırmaq məqsədi daşıyır və proses daxili araşdırmaya götürülüb.
Daha əvvəl “MV Hondius” kruiz gəmisində olan sərnişinlərin də 6 həftəlik ev karantini altında saxlanılacağı açıqlanmışdı. Hollandiya Səhiyyə Nazirliyi qərarın milli səhiyyə qurumlarının tövsiyəsi əsasında verildiyini bildirib.
Gəmidə qeydə alınan “Andes variantı” hantavirus halları səbəbilə xəstəliyin A2 kateqoriyalı yoluxucu xəstəliklər siyahısına daxil ediləcəyi də qeyd olunur. Bu qərar gələcəkdə bütün şübhəli halların məcburi şəkildə səhiyyə orqanlarına bildirilməsini nəzərdə tutur.
Dünya Səhiyyə Təşkilatı (DST) yaydığı açıqlamada hantavirusun “COVID-19” kimi sürətlə yayılan yeni pandemiya riski yaratmadığını bildirib. Təşkilatın məlumatına görə, virus əsasən birbaşa insandan-insana asanlıqla keçmir və yoluxma halları məhdud xarakter daşıyır.
DST həmçinin qeyd edib ki, risk qruplarında olan şəxslər 42 gün müddətində simptomlara qarşı nəzarətdə saxlanılmalıdır və erkən əlamətlərin müşahidə olunması halında dərhal tibbi yardıma müraciət edilməlidir.