vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 dekabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
Zooparkda dəhşətli ölüm 20:37 | 10 sentyabr 2025 | Çərşənbə Məqaləyə 623 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zooparkda dəhşətli ölüm

Şirlərin hücumuna məruz qaldı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Tailandın paytaxtı Banqkokdakı zooparkın bir əməkdaşı ziyarətçilərin gözü qarşısında bir neçə şirin hücumuna uğrayaraq həyatını itirib. “The Nation” qəzetinin xəbərinə görə, hadisə Banqkokda məşhur heyvanat parkında, ziyarətçilərin avtomobillərdən şirləri izləməsi üçün xüsusi hazırlanmış ərazidə baş verib.

Məlumata əsasən, təhlükəsizliyi təmin etmək məqsədilə həmin ərazidə patrul xidməti aparan əməkdaş, şirləri yemləmək üçün avtomobildən düşüb.

Heyvanat parkının təhlükəsizlik protokollarını nəzərə almadığı deyilən əməkdaş, düşdükdən dərhal sonra təxminən 10 metr məsafədən yaxınlaşan bir şirin arxadan hücumuna məruz qalıb.

Yerdə sürüdülən əməkdaşa qısa müddət sonra yaxınlıqdakı bir neçə şir də qoşulub.

Ziyarətçilərin ən çox olduğu saatlarda baş verən hadisəyə şahid olanlar avtomobillərindən siqnal verərək şirləri uzaqlaşdırmağa çalışıblar.

Təxminən 15 dəqiqə davam edən hücum nəticəsində ağır yaralanan əməkdaş xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Rəsmilər hadisə ilə bağlı istintaqa başlayıblar.