ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
20:09 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 696 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
ABŞ Prezidenti Donald Tramp Polşa hava məkanının Rusiya pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulmasına ilk reaksiyasını verdi. Tramp “Truth Social” hesabında mövzuya dair paylaşım edərək: “Rusiyanın PUA-larla Polşa hava məkanını pozması da nə deməkdir? Budur, başlayırıq” sözlərini yazdı.
Rusiya-Ukrayna müharibəsi fonunda bu dəfə NATO üzvü olan Polşada gərginlik yüksəldi. Gecə boyunca Polşa hava məkanının Rusiya PUA-ları tərəfindən pozulduğu açıqlanıb. Polşa ordusu bəzi PUA-ları vuraraq məhv etdiyini bildirdi.
Bu, NATO üzvü bir ölkənin Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyaya məxsus PUA-lara atəş açdığı ilk hadisə kimi qeyd olunur.
Polşanın Baş naziri Donald Tusk NATO müqaviləsinin 4-cü maddəsini işə saldığını açıqladı. Həmin maddəyə görə, müttəfiq ölkələr təhlükəsizlik məsələlərində məsləhətləşmələr üçün bir araya gələ bilərlər.
Tusk çıxışında, “Genişmiqyaslı bir təxribatla üz-üzəyik. Bu cür təxribatların qarşısını almağa hazırıq. Durum ciddidir və müxtəlif ssenarilərə hazır olmalı olduğumuzdan kimsənin şübhəsi olmamalıdır. Panikaya ehtiyac yoxdur”, – deyib.
Moskva: Hücum iddiaları əsassızdır
Rusiya dövlət xəbər agentliyi “RIA Novosti” Rusiyalı bir diplomatın açıqlamasını yayıb. Diplomat Polşanın irəli sürdüyü hücum iddialarını “əsassız” adlandırıb və vurulan PUA-ların Rusiya mənşəli olduğuna dair heç bir sübut təqdim edilmədiyini bildirib.
NATO-nun 4-cü və 5-ci maddəsi nə deyir?
Hadisə NATO-nun müqaviləsinin 5-ci maddəsini gündəmə gətirdi. Bu maddəyə görə, əgər bir NATO üzvünə silahlı hücum olarsa, bu bütün ittifaqa edilmiş hücum sayılır və kollektiv müdafiə mexanizmi işə düşür. Belə halda, NATO təhlükəsizliyi təmin etmək üçün silah istifadəsi də daxil olmaqla bütün tədbirləri görə bilər.
Lakin “Reuters” agentliyinin məlumatına görə, NATO mənbələri Polşanın hava məkanının pozulmasını hücum kimi qiymətləndirməyib. Buna görə də 5-ci maddənin işə düşməsi gündəmdə deyil.
Polşa Baş naziri Donald Tusk hava məkanının pozulması ilə bağlı NATO-nun 4-cü maddəsinin işə salındığını təsdiqləyib. Bu isə üzv ölkələrin fövqəladə toplantıya çağırılması və birgə müzakirələrin aparılması deməkdir.