vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DÜNYA  
Vaşinqton-Brüssel gərginliyi böyüyür 15:11 | 20 may 2026 | Çərşənbə Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqton-Brüssel gərginliyi böyüyür

ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır

ATİLLA, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ administrasiyası NATO-nun böhran vəziyyətlərində istifadəsi üçün nəzərdə tutulmuş qüvvələrdəki iştirakını azaltmağı planlaşdırır. Bu addım Vaşinqtonla Brüssel arasında müdafiə məsələləri üzrə fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir.

VAXT.AZ “Washington Post”a istinadən xəbər verir ki, alyansın “NATO qüvvə modeli” adlanan mexanizmi çərçivəsində üzv ölkələr mümkün münaqişə və ya təşkilatın üzvlərindən birinə hücum halında sürətlə səfərbər edilə biləcək hərbi birliklər ayırırlar. Bu qüvvələrin dəqiq sayı və strukturu məxfi saxlanılır.

Məsələ ilə tanış olan və adlarının açıqlanmasını istəməyən mənbələrin məlumatına görə, ABŞ bu qüvvələrdəki payını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir və bununla bağlı Brüsselə rəsmi bildiriş təqdim olunacaq.

Bununla yanaşı, Pentaqon ABŞ ordusunun Avropadakı briqada sayının dörddən üçə endiriləcəyini açıqlayıb. Hər briqadada təxminən 4 min hərbçi, tanklar və digər döyüş texnikası mövcuddur.

Pentaqon mayın 1-də Almaniyada yerləşdirilmiş təxminən 5 min ABŞ hərbçisinin 6-12 ay ərzində geri çəkiləcəyini bildirmişdi. ABŞ Prezidenti Donald Tramp isə sonradan bu sayın daha yüksək ola biləcəyini qeyd edib.

Bundan əlavə, ABŞ-ın Polşaya göndərməyi planlaşdırdığı zirehli briqadanın yerləşdirilməsi də son anda təxirə salınıb.

Pentaqonun sözçüsü Şon Parnell bunun müvəqqəti addım olduğunu və Avropadakı qüvvələrin optimallaşdırılması çərçivəsində həyata keçirildiyini bildirib.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Polşaya göndərilməsi nəzərdə tutulan 4 min hərbçinin Avropadakı istənilən ölkədə yerləşdirilə biləcəyini deyib.

Onun sözlərinə görə, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır.

“Bunun Avropa üçün pis addım olduğunu düşünmürəm. Əksinə, bu, Avropanı daha çox məsuliyyət götürməyə təşviq edir”, – deyə Vens bildirib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə NATO siyasətinə cavabdeh olmuş Cim Taunsend Tramp administrasiyasını tənqid edib. Onun fikrincə, qoşunların plansız şəkildə geri çəkilməsi Rusiyaya qarşı çəkindirmə siyasəti baxımından yanlış mesaj verir.

Analitiklərin qiymətləndirməsinə görə, planlaşdırılan ixtisar nəticəsində ABŞ-ın Avropadakı hərbi kontingenti 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəlki səviyyəyə qədər azala bilər.

Bu qərar Vaşinqtonun “Öncə Amerika” siyasətinə uyğun olaraq, Avropanın təhlükəsizliyi ilə bağlı məsuliyyətin daha çox region ölkələrinin üzərinə qoyulması strategiyasının davamı kimi qiymətləndirilir.