Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:56 | 29 may 2026 | Cümə
Məqaləyə 67 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Dünən axşam Rusiyaya məxsus pilotsuz uçuş aparat (PUA) Rumıniyanın Qalați şəhərində çoxmərtəbəli yaşayış binasının damına düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb, binanın 70 sakini isə təxliyə olunub. Rumıniya hakimiyyəti insidenti ölkənin hava məkanının pozulması kimi qiymətləndirib.
VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, Rumıniya Xarici İşlər Nazirliyi (XİN) insidentdən sonra NATO müttəfiqlərinə müraciət edərək antidron müdafiə sistemlərinin təhvilinin sürətləndirilməsini istəyib.
Nazir Oana-Silviya Țoyu sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, Rusiya PUA-ları radar sistemlərində aşkar edildikdən sonra Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə və bir helikopter havaya qaldırılıb.
Nazirin sözlərinə görə, hərbi ekipajlara atəş açmaq üçün icazə də verilib.
“Bu insident Rusiya Federasiyası tərəfindən ciddi və məsuliyyətsiz eskalasiyadır. Rumıniya beynəlxalq hüququn və öz hava məkanının bu ağır pozuntusuna cavab olaraq zəruri diplomatik addımlar atacaq”, – deyə nazirin bəyanatında qeyd olunub.
Țoyu əlavə edib ki, hadisə barədə NATO müttəfiqləri, Avropa ölkələri və alyansın baş katibi məlumatlandırılıb. Rumıniya eyni zamanda ölkəyə antidron vasitələrinin daha sürətli çatdırılması üçün tədbirlərin görülməsini istəyib.
Rumıniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, “Rusiya bu ağır və məsuliyyətsiz hərəkətlərə görə birbaşa məsuliyyət daşıyır”.
“Rumıniya Rusiya Federasiyasına qarşı beynəlxalq təzyiqi artırmaq və dərhal, hərtərəfli atəşkəsə nail olmaq üçün qətiyyətlə hərəkət edəcək”, – deyə nazir əlavə edib.