
20 ölü, 52 yaralı
Dəməşq kilsəsinə bombalı hücum
Dəməşq kilsəsinə bombalı hücum
İbadət etməyənlər üçün pulsuz parkinq qadağası
Cinsi təcavüz qurbanlarına milyonlarla dollar təzminat ödənəcək
Keşişin “məscidə çevirəcəklər” iddiası sosial mediada çaşqınlıq yaradıb
Avstriyalı 38 yaşlı keşiş narkotik istehsalına görə həbs olunub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
Ukrayna kilsələri müstəqil oldu
Hotel qiymətləri bölgələrdə niyə bahadır?
Əldə olunan məvacib xadimələrin əməhaqqına əlavə olunacaq
Son qırx ildə Londonun ilk anqlikan kilsəsi tikilib
Müqəddəs kitablarda müəyyən suallara cavab verilir, amma minlərlə cavab olmayanlar da var
Buna deyərlər, Allah evlərini döyüşdürmək
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
İngilislərin 60 faizinin əli «İncil»ə, 36 faizinin isə ayağı kilsəyə dəyməyib
İlham Əliyev: «Uğurlu iqtisadi siyasətimiz dayanıqlı inkişafı təmin edəcək»
Sovet vaxtı belə bir söhbət vardı ki, bir dəfə Yazıçılar İttifaqının fəaliyyətinə nəzarət edən bir katib yazıçıların “əyyaş və əxlaqsız həyat tərzindən” yoldaş Stalinə şikayət edir, cavabında da Koba müəllim ona “Mənim sizinçün başqa yazıçılarım yoxdur” cavabını verir.
İllər sonra rəhmətlik eks-prezidentimiz Elçibəy də təxmini buna bənzər bir ifadə işlətmişdi: “Fransadan xalq gətirməyəcəm ki”.
Nədir daha öncə – hakimiyyət, yoxsa xalq? Azərbaycanda bu sualı müstəqil olan dövrdən öz-özümüzə veririk, çünki müstəqillik həm də cavabdehlik deməkdir axı. Və həqiqi cavabı tapa bilmirik əslində, çünki bu tip suallara tarix boyu bəşər cavab axtarıb, çoxu da səthi olub.
Dövlət barədə klassik nəzəriyyələrdə, məs., Maçiavelli (“Il Principe”) və Hobbes (“Leviathan”) əsərlərində sırf hakimiyyətin anatomiyası araşdırılır, çünki o zaman “xalq” bir subyekt kimi tarixin optikasında ümumiyyətlə yox idi, hərçənd ki, (sosial) utopiyalarda (T.Mor'dan J. Locke və s. kimi) bunun işartıları görünməkdə idi. Sonralar bu boşluq həqiqətən hakimiyyətdən daha çox “xalq” ilə əvəzləndi, XIX əsrin sosial nəzəriyyələri məhz xalqı üstün qoyur, “xalq hakimiyyəti” (biri olsun elə “proletariatın diktaturası” və ya anarxist icması) formaları da araşdırılırdı. XX əsrdə nəticələri göründü - fərqli (sosial, milli və dini) diktaturalar şəklində.
Azərbaycanda bu suala cavab tapmaq mümkünsüz həddədir. Çünki bu iki element arasında hansısa balansı tapmaq çətindir. Amma istənilən halda cəmiyyətin əsasını təşkil edən insanlar, fərdlərdir axı, yox? Fərdlər əgər ən elementar məsələlərə hazırlıqsızdırsa, o zaman nə etməli?
Elementar misal – bu günlərdə “Şəkililər” adlı bir qrupa sual yazdım. Bilmirəm yaşdandır, ya nə, hərdən insan sentimentallaşır, xüsusən qürbətdə nostalji hissləri olur. Yadıma uşaqlıq illəri düşmüşdü, o uzaqlarda qalmış zamanlar Şəkinin atvovağzalına gələndə oradan dağların döşündə meşəlikdə qalmış bir kilsə başlığı dəyirdi, nədənsə o detal xatirimdə qalmışdı. Sonra illər keçdi, məlum hadisələr zamanı bu memarlıq abidəsi (fikrimcə yanlış olaraq) uçuruldu, sadəcə sordum ki, onun bərpası olacaqmı? Sabahı gün posta baxmaq mümkün deyildi, söyüş yazan kim, lənətləyən kim, daha nələr-nələr. Bu səviyyəli leksikona ümumiyyətlə cavab vermirəm, pozdum sualı da, qrupu da.
Amma yenə də maraqlıdır – bu insanlar harada yaşayır? Azərbaycanın islama gədərki tarixi yoxdurmu bu adamlar üçün? Yoxsa Azərbaycan tarixini ən azı orta məktəbdə heç vərəqləməyiblərmi? Hər şey bir kənara, Şəkinin Kiş kəndində məşhur məbəd var, dövlət tərəfindən qorunur, hər il oraya minlərlə turist də gəlir, ondan da xəbərsizdirlərmi? Qonşu rayonda bizim üçün çox vacib əhəmiyyət daşıyan Nic kilsəsi var, onun barədə də heç eşitməyiblərmi?
Ümumiləşdirmirəm, amma istənilən halda bu da cəmiyyətmizin bir fraqmentidir. Biz belə bir cəmiyyətlə hara getmək istəyirik və nə qurmaq fikrindəyik, xanımlar və cənablar?