Kraldan prezidentə təbrik məktubu
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
15:29 | 10 aprel 2025 | Cümə axşamı
Məqaləyə 247 dəfə baxılıb
Şriftin ölçüsü
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
12 ildir edamını gözləyən Sandiford və ömürlük məhbus Şahabadi İngiltərəyə qaytarılacaq
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Qərb və yəhudi bankirlər, yoxsa ...
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
“Premier Lig”in keçmiş referisi Kute uşaq istismarında günahlandırlılr
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
İngiltərədə kilsələrdə ibadət etməyən insanların ibadət evləri ərazisində pulsuz avtomobil parklanması qadağan olunub. Avtomobillərini kameraların quraşdırıldığı küçələrdə saxlayanlar aşkarlanıb cərimələnəcək. Bu qərar şəhərdə mübahisə yaradıb.
Meydstondakı Müqəddəs Ailə Katolik Kilsəsində ibadət etməyənlərin kilsə ərazisində avtomobil parkından istifadə etməsinə icazə verilmir. Ərazidə kilsəyə gəlməyənlərin avtomobilləri aşkar edilib və cərimələnib. Avtomobillərin sahibləri nömrə tanıma sistemi ilə müəyyən olunub.
***
Kilsə rəhbərliyi icazəsiz avtomobillərin sayının artması səbəbindən qanuni istifadəçilərin park etmək üçün yer tapmaqda çətinlik çəkdiklərini və bu səbəbdən tədbir gördüklərini bildirib. Rahib Desmond Mbidoaka, bəzi sürücülərin əraziyə zibil atması, ətrafdakılarla aqressiv davranması və kilsə işçilərini incitməsi səbəbindən qərarın zəruri olduğunu söyləyib.
***
Amma yerli sakinlər deyirlər ki, ərazidə tikinti işləri aparıldığı və parkinq yeri məhdud olduğundan başqa seçimləri yoxdur. Bir çoxu bu yerlərdən illərdir istifadə etdiklərini bildirib və kilsənin bu münasibətini biabırçı adlandırıblar.
Şəhər Şurasının üzvü Dan Uilkinson kilsə ilə bələdiyyə arasında həll yolu tapmaq üçün addımlar atacağını açıqlayıb. Qarşı tərəfdəki mənzil tikintisi başa çatdıqdan sonra vəziyyətin normallaşacağı gözlənilir.