
“Qaranlıq tendensiyası”nın növbəti qurbanı
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Hansı ölkənin nüvə arsenalı daha sürətlə böyüyür?
Azadlıq günü, konstitusiyası yoxdur – yazılmayan, amma dəyişdirilməyən qaydaları var
“Sonsuz kimyəvi maddə” adlanan trifloresan turşusu ömür boyu davam edir
Böyük Britaniya kəşfiyyatının tarixində bir ilk
İngiltərədə nəhəng piton xəbərdarlığı
Kütləvi qırğın silahlarına xərclər bir il ərzində 11 faiz artıb, BMT xərclərinin 28 qatına çatıb
Rusiyalı oliqarx Abramoviç futboldan getdi
İngiltərədə məşğulluq kəskin şəkildə azalır
«The Guardian» yazır ki, Londonda son 40 ildə tikilmiş ilk anqlikan kilsəsinin açılışı olub. Kilsə keçmiş zavod ərazisində, lakin yüzlərlə evin yerləşdiyi rayonda tikilib.
Londonun Totenhem Heyl (Tottenham Hale) rayonunda 3 milyon funt sterlinqlik müqəddəs Fransis kilsəsinin tikintisini London yeparxiyası, Heyl Vilic (Hale Village) massivinin inşaatçıları və sadə ianəçilər maliyyələşdiriblər.
Kilsənin nəzdində 36 yerlik uşaq bağçası və kafe də açılıb.
Bu, Londonda 2020-ci ilədək tikilməsi nəzərdə tutulan 100 kilsədən birincisidir.
«The Guardian» yazır ki, Londonun anqlikan kilsələrinə gedənlərin sayı son 25 ildə əhəmiyyətli dərəcədə artıb. Hərçənd bütün ölkə üzrə kilsəyə gedənlərin sayı azalmaqda davam edir.
Yeni kilsənin «qırmızı lentini» bu dairədən seçilmiş leyborist millət vəkili Deyvid Lammi (David Lammy) və Edmonton yepiskopu Rob Uikham (Rob Wickham) kəsiblər.
Açılış mərasimində Lammi deyib: «Mənim yadımdadır ki, hökumətdəkilərdən biri bir vaxt demişdi: «Biz burda Allah düzəltməklə məşğul olmuruq». Amma mən həmişə demişəm: «Biz burda, Tottenhemdə Allah düzəldirik»».
Millət vəkili «The Guardian» qəzetinə deyib ki, burada yeni kilsənin tikilməsi ideyası hələ 2011-ci ildə bu məhəllələrdə iğtişaşlar baş verəndə yaranmışdı.
Müqəddəs Fransis kilsəsinin missioner keşişi Endryü Uilyams (Andrew Williams) isə deyib ki, burada söhbət kilsə nəzdində ictimai qurumların yaradılmasından getmir. Onun sözlərinə görə, bura ilk növbədə icma mərkəzi və yalnız ondan sonra kilsədir.
O deyib ki, bu ərazidəki dindarlar müxtəlif etnik qruplardandırlar və əksəriyyəti gənclərdir.
Kilsənin mehrabındakı böyük triptixi buddist rəssam Qrim Mortimer Evelin (Graeme Mortimer Evelyn) çəkib.
Məqalədə deyilir ki, Londonda təkcə anqlikan kilsəsinə yox, həm də qaradərililərin əllincilər və başqa məzhəb kilsələrinə də ibadətə gələnlərin sayı artıb.
Müqəddəs Fransis kilsəsinin yepiskopu deyib ki, «adamların bizim yanımıza gəldikləri vaxtlar çoxdan keçib, indi biz adamların yanına gəlməliyik».
Müqəddəs Fransis kilsəsinin yerində vaxtilə «Lebus» mebel fabriki yerləşirdi.
İkinci Dünya Müharibəsi illərində bu fabrik profilini dəyişərək «Mosquito» bombardmançı təyyarələrinin mühərriklərini hazırlayırdı.