vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
Kilsədə korrupsiya 19:09 | 13 avqust 2025 | Çərşənbə Məqaləyə 156 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kilsədə korrupsiya

Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Kenyada Metodist Kilsəsinin yüksək vəzifəli rəhbərlərinin saxta qəbzlər, xəyali təchizatçılar və layihələrlə 4,6 milyon dollar xərclədiyi ortaya çıxıb.

Vaxt.az xəbər verir ki, Kenyada fəaliyyət göstərən müstəqil audit və məsləhət firması Ronalds LLP və kilsə tərəfindən təyin olunan yeddi üzvdən ibarət komitə Metodist Kilsəsinin tarixindəki ən böyük qalmaqalı üzə çıxarıb.

Araşdırma nəticəsində kilsənin yüksək vəzifəli rəhbərlərinin 4,6 milyon dollar və digər resursları qanunsuz şəkildə istifadə etdiyi və mənimsədiyi aşkar edilib.

Kenyanın “Daily Nation” qəzetində dərc olunan araşdırma nəticələrinə görə, audit zamanı qrant müqavilələri, layihə hesabatları və iştirakçı siyahıları tapılmayıb.

Hesabatda vurğulanıb ki, bu sənədlər layihələrin donor müqavilələrinə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyini təsdiqləmək üçün vacibdir. Quraqlıqla mübarizə aparan icmalara göndərilməsi nəzərdə tutulan ərzaq yardımlarının sistematik olaraq başqa yerlərə yönləndirildiyi, saxta qəbzlər, xəyali təchizatçılar və layihələrlə mürəkkəb plan həyata keçirildiyi qeyd edilib.

Hesabatda ərzaq yardımlarının oğurlanıb satıldığı və xəyali şirkətlərə ödənişlər edildiyi bildirilir.

Kilsəyə aparılan audit, ölkədə dini qurumların ianə və ictimai töhfələri idarə etmə üsullarına dair artan nəzarət və tənqidlərin yaşandığı bir dövrə təsadüf edir.

Keniya Etik və Korrupsiyaya Qarşı Mübarizə Komissiyası hələ rəsmi istintaq açıb-açmayacağı barədə açıqlama verməyib.

Hüquq mütəxəssisləri isə audit hesabatının fırıldaqçılıq, oğurluq və vəzifə sui-istifadəsi kimi ittihamlarla cinayət təqibi üçün kifayət qədər sübut təqdim etdiyini bildiriblər.