Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:57 | 13 avqust 2025 | Çərşənbə
Məqaləyə 770 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
NATO tapşırığı çərçivəsində Estoniyada yerləşən italyan qırıcıları, ilk dəfə rus təyyarələri ilə qarşılaşaraq gerioturtma əməliyyatı həyata keçirib.
NATO-nun Hava Patrul xidməti tapşırığı çərçivəsində 13 avqustda Estoniyanın Amari Hava Bazısından havaya qalxan İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35 Lightning” II qırıcı təyyarəsi, Alyansın hava məkanına yaxın bölgədə uçan rus təyyarələrinin qarşısını kəsib. Bu, italyan beşinci nəsil döyüş təyyarələrinin Baltik regionunda ilk əməliyyatı olub.
NATO-ya görə, uçuş planı və aktiv transponderləri olmadan uçan rus təyyarələrinin bu cür fəaliyyəti, adətən kəşfiyyat və NATO-nun reaksiya müddətini ölçməyə yönəlir. Həmin gün qarşısı alınan təyyarələr “Su-24” (aşağı hündürlükdə hücum və dəqiq zərbə təyyarəsi) və “Su-27” (uzaqmənzilli hava üstünlüyü qırıcı təyyarəsi) olub.
İtalyan “F-35”ləri, 32-ci Eskadrona bağlı olaraq NATO-nun Sürətli Reaksiya (Quick Reaction Alert) şəbəkəsinə inkişaf etmiş gizlilik (stealth), radar və sensor imkanları qazandırır. Bu sayədə potensial təhdidlər daha erkən aşkarlanıb izlənilə bilir. Tapşırıq həm taktiki üstünlük, həm də rus hava fəaliyyətləri barədə kəşfiyyat məlumatı təmin edib.
Baltik regionundakı bu hərəkətlilik, son dövrdə Rusiyanın hərbi uçuşları artdığını göstərir. Bundan əvvəl, iyul 22-də, NORAD Alyaska Hava Hücumundan Müdafiə Tanıma Zonasında Rusiyaya məxsus “Tu-95MS” strateji bombardmançı təyyarələrinin və onları müşayiət edən “Su-35S” və “Su-30SM” qırıcılarının qarşısı alınmışdı. ABŞ-a məxsus “F-35” və “F-16” təyyarələri 15 saat davam edən bu uçuşu beynəlxalq hava məkanında izləyib.