Tokio ilk dəfə Bakıdan neft aldı
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
18:48 | 13 avqust 2025 | Çərşənbə
Məqaləyə 803 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
ABŞ-Vatikan görüşündə ispan dilində zarafatlaşma, Rubio–Papa dialoqunda gərgin mesajlar
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Sovet kitablarında, dərsliklərində rast gəlinməyən faktlar
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanır. Bu tarixi siyasi hadisənin Vaşinqtonda baş verməsi gözlənilir.
Qeyd edək ki, paraflama ifadəsi diplomatiya və müqavilə hüquqi terminologiyasına aiddir.
Bu ifadə bir beynəlxalq müqavilənin və ya digər hər hansı beynəlxalq sənədin yekun mətninin tam razılaşdırıldığını göstərir, başqa sözlə onun mətninin dəyişdirilməyəcəyini təsdiqləyir.
Amma paraflanma sənədin hələ imzalanması anlamına gəlmir.
Paraflanma razılaşdırılmış müqavilə layihəsi mətninin müvafiq səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadan əvvəl ilkin razılıq əlaməti olaraq paraflanması, yəni mətnin hər bir səhifəsinə öz ad və soyadlarının baş hərfləri və ya qısa imza formasını qoyması deməkdir. Bu prosedur, əsasən, danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir.
Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı şərtlərini qəbul edib. Bunlardan biri ATƏT-in Minsk qrupunun ləğvinin tələbidir ki, bununla bağlı hər iki ölkə bu qurumun Baş Katibinə birgə müraciət edəcək.
Azərbaycanın digər tələbi isə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi, ölkəmizə qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin martında bildirmişdi ki, Ermənistan rəhbərliyi 2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirməyi planlaşdırır. Sülh müqaviləsinin faktiki imzalanması da Ermənistanda konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumundan sonra baş tuta bilər.