
Oyunu improvizə edib
Qətl törədərkən qulaqcıqla oyun oynayırmış, Avstriya məktəbindəki qətliamda yeni detallar
Qətl törədərkən qulaqcıqla oyun oynayırmış, Avstriya məktəbindəki qətliamda yeni detallar
Avstriyada tapança icazəsi almaq şəxsiyyət vəsiqəsi əldə etməkdən asandır
Keçmiş şagird vida məktubu buraxıb
Hücum edən şəxs özüylə bərabər 11 nəfəri qətl etdi
Avstriyada sərtləşdirilən qanun uşaqları qorumaq məqsədi daşıyır
Xərçəngə səbəb olan maddələr tapıldı
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
İngiltərə ət-süd məhsullarına qadağa qoydu, Avstriya sərhədlərini tamamilə bağladı
Avstriya sərhədlərini bağlayır
Avstriyada koalisiya qurmaq istəyən iki partiyanın gizli protokol mətbuata sızdı
Nasizm Avropaya qayıdır?
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
Hər iki ölkənin səfiri XİN-ə çağırılıb
Miçiqan Dövlət Universiteti məhkəməyə verilib
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
Avstriyada bir katolik keşişinin metamfetamin laboratoriyasının olduğu üzə çıxıb. Katolik Kilsəsindəki hadisələri izləyən Katolik Xəbər Agentliyinin (CNA) verdiyi məlumata görə, kimliyi açıqlanmayan 38 yaşlı keşiş iyul ayında Aşağı Avstriya əyalətində narkotik maddə istehsal edib satdığı səbəbilə tutulub.
Bildirilib ki, keşişin evinə basqın zamanı polis metamfetamin istehsalında istifadə olunan kimyəvi maddələr və laboratoriya avadanlıqları aşkar edib. Hadisə zamanı paytaxt Vyanada yaşayan 30 yaşlı İraq əsilli şəxsin də yaxalandığı bildirilib. Bu şəxsin narkotik satışında rolu olduğu iddia edilib.
2021-ci ildən Aşağı Avstriyanın paytaxtı Sankt Pölen yeparxiyasında çalışan keşişin əslən polyak olduğu da bildirilib. Varşava Baş Yeparxiyasından verilən açıqlamada Avstriyadakı katolik dini qurumları ilə danışıqların davam etdiyi və lazımi addımların atılacağı bildirilib.
CNA-nın məlumatına görə, İraq əsilli avstriyalı və keşiş barəsində həbs qərarı çıxarılıb. Bildirilib ki, keşiş polisin dindirilməsi zamanı cinayətini etiraf edib və kilsə tərəfindən Avstriyada işləməyə qadağa qoyulub.
CNA və ABŞ-ın “New York Post” qəzeti hadisənin məşhur “Breaking Bad” serialını xatırlatdığına diqqət çəkib.
2008-ci il Amerika serialında Brayan Kranston tərəfindən canlandırılan kimya müəllimi Uolter Uayt ağciyər xərçəngi olduğunu öyrəndikdən sonra ailəsinə pul buraxmaq üçün metamfetamin istehsal etməyə başlayıb.