
14 yaşdan kiçiklər üçün hicab qadağası
Avstriyada koalisiya qurmaq istəyən iki partiyanın gizli protokol mətbuata sızdı
Avstriyada koalisiya qurmaq istəyən iki partiyanın gizli protokol mətbuata sızdı
Nasizm Avropaya qayıdır?
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
Hər iki ölkənin səfiri XİN-ə çağırılıb
Avstriyalı 38 yaşlı keşiş narkotik istehsalına görə həbs olunub
Miçiqan Dövlət Universiteti məhkəməyə verilib
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
SEPAH xarici diplomatlar həbs edib
Avstriya lideri ilə Putin arasında danışıqlar “dostluq görüşü” olmayıb
QRU avstriyalı polkovniki necə ələ alıb?
“Onu gördüm ki, insanlar milçək kimi yerə tökülür”
Avstriyanın baş naziri məcburi qaçqın kvotası tətbiqini doğru saymır
«Bir gecədə yanlış məlumat və medianın manipulyasiyası daha da artdı»
Avstriyanın yeni baş naziri 31 yaşlı gənc ola bilər
Filmlərdə göstərilən fantastika reallaşmaq üzrə
… Maskarad və tibbi maskalara da
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavini David Kohen, ABŞ-ın Merilend ştatında keçirilən illik Kəşfiyyat və Milli Təhlükəsizlik Sammitində bu ayın əvvəlində Avstriyanın paytaxtı Vyanada Taylor Sviftin konsertlərinə hücum planı ilə bağlı açıqlamalar verib. Kohen, tutulan şübhəlilərin pop ulduzun on minlərlə pərəstişkarını öldürmək niyyətində olduğunu söyləyib.
MKİ-nin Avstriya hakimiyyətinə İŞİD-lə bağlı sui-qəsdi barədə məlumat verməsinin ardınca baş verən həbslər Eras Tour-un anşlaqla başa çatan üç konsertinin ləğvinə və Svifti konsertdə görmək üçün dünyanı gəzmiş pərəstişkarlarının məyus olmasına səbəb oldu.
“Bu konsertdə əminəm ki, onlar çoxlu sayda insanı, on minlərlə insanı, o cümlədən çoxlu amerikalıları öldürməyi planlaşdırırdılar və onlar bu planda çox irəliləmişdilər. Avstriyalılar şübhəliləri ələ keçirə bildilər, çünki bizim agentliyimiz və kəşfiyyatdakı tərəfdaşlarımız onlara İŞİD-ə bağlı qrupun nə etməyi planlaşdırdığı barədə məlumat verdilər”.
Əsas şübhəlinin, İŞİD tərəfdaşı 19 yaşlı avstriyalı gəncin içərisində 95 min azarkeşin toplaşacağı (65 min stadionun içində, 30 mindən çox isə qarşısında) arenaya bıçaq və ya əldəqayırma partlayıcılarla hücum etməyi planlaşdırdığı iddia edilib. Şübhəlinin evinə basqın zamanı kimyəvi maddələr və texniki vasitələr aşkar edilib.
Bundan əvvəl Avstriyanın daxili işlər naziri Cerard Karner demişdi ki, Avstriya müstəntiqlərinin xarici həmkarlarının köməyinə ehtiyacı var, çünki bəzi xarici kəşfiyyat agentliklərindən fərqli olaraq onlar mesajlara qanuni olaraq nəzarət edə bilmirlər.
19 yaşlı gəncin vəkili iddiaların “ən yaxşı halda şişirdilmiş” olduğu deyib. Vəkil Avstriya dövlətinin yeni müşahidə səlahiyyətləri əldə etmək üçün “şişirdilmiş təqdimat etdiyi” qənaətindədir.