
Federal kəşfiyyatın PKK etirafı
İsveçdə gizli fəaliyyət göstərən terror təşkilatı pul yığır, təbliğat aparır, təlim düşərgələri təşkil edir
İsveçdə gizli fəaliyyət göstərən terror təşkilatı pul yığır, təbliğat aparır, təlim düşərgələri təşkil edir
Müsəlman siyasətçinin İsa peyğəmbər və müqəddəs Məryəmin rəsmi hədəf seçməsi kəskin etirazla qarşılanıb
İsveçrəyə mövqeyini müəyyən etmək üçün beynəlxalq təzyiqlər artır
“Spartak”a gəlmiş-getmiş ən mədəni baş məşqçi, ...
Finlandiya və İsveçin hərbi alyansa qoşulmasının prosedurları davam edir
Mozambik bu qurumda ölkə tarixində ilk dəfə yer alır
Ağ Ev: “Rusiyanı çəkindirmək üçün lazım olacaq”
Kremlin reaksiyasının sürpriz şəkildə azalmasının səbəbi nədir?
İsveçrə də NATO-ya meyllənir
İnsanların humanistliyi də bir yerə qədərdir
Meteoroloji qeydlər aparılandan bəri 20 ən isti il son 22 ilin payına düşür
Əsas şərtlər isə 45 aşağı yaş, 200 min dollarlıq ev və 10 illik yaşamaqdır
Əməliyyatlarda dollardan istifadə etdiyinə görə…
... Kembric universitetindən qovuldu
Şahverdi Əhədov: «Ağaclar mənim İsveçrə torpağındakı döyməmdir»
«Lombard Odier» Gülnarə Kərimovanın pullarını «yumaq»da ittiham olunur
İsveçrə yeni atom elektrik stansiyalarının tikintisini qadağan edən qərarı ləğv etməyə hazırlaşır. İsveçrənin energetika naziri Albert Rösti dünən verdiyi açıqlamada elektrik enerjisi bazarında vəziyyətin ciddi şəkildə dəyişdiyini bildirib və 2017-ci ildə referendumla tətbiq edilən qadağanın aradan qaldırıla biləcəyini bildirib.
Yeni geosiyasi qeyri-müəyyənliklər, iqlim hədəfləri və əhalinin artımı kimi dəyişənlərə görə belə bir addım atmağa hazırlaşdıqlarını bildirən nazir, lazım gələrsə, yaxın 15 il ərzində yeni elektrik stansiyasının tikintisinə başlana biləcəyini bildirib.
“Hazırda tədbir görməsək, 20 il gecikmiş ola bilərik” deyən nazir, bütün mümkün inkişaf və texnologiyalara qapını açıq qoymağı hədəflədiklərini söylədi.
Rösti ilin sonuna qədər nazirliyin qanuna dəyişikliklər üçün müraciət edəcəyini açıqlayıb. Parlamentdə baxılacaq dəyişikliklər daha sonra referendumda səsə qoyulacaq.
2017-ci ildə keçirilən referendumda İsveçrə yeni elektrik stansiyalarının tikintisini qadağan edib və nüvə enerjisinin tədricən dayandırılmasını təsdiqləyib.
“France-Presse” Agentliyi bu qərarın 2011-ci ildə Yaponiyada Fukusima Atom Elektrik Stansiyasında baş vermiş fəlakətin təsiri altında qəbul edildiyinə diqqət çəkib.
Bundan əlavə, İsveçrənin 2050-ci ilə qədər karbon tullantılarına dair iqlim qanunu keçən il təsdiqlənib.
Rösti iddia edib ki, yeni atom elektrik stansiyalarının tikintisini qadağan edən qərar bu iqlim hədəfi ilə uyğun gəlmir.
İsveçrədə fəaliyyət göstərən dörd atom elektrik stansiyası ölkənin elektrik enerjisi istehsalının təxminən üçdə birini təmin edir.
Digər tərəfdən, Röstinin açıqlaması sosialist və ekoloji partiyalar, eləcə də ətraf mühitin mühafizəsi təşkilatı “Greenpeace”in İsveçrə bölməsinin etirazına səbəb olub.
“Greenpeace” İsveçrənin verdiyi açıqlamada, “Yeni nüvə reaktorunun tikintisi karbon tullantılarımızı effektiv şəkildə azaltmaq üçün çox gec olardı. Bu, həm də bizi enerji təchizatında üçüncü ölkələrdən asılılığımızdan xilas etməyəcək”.