vaxtlı-vaxtında oxuyun! Cümə, 18 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
İsveçrə vətəndaşlığı qonşulardan asılıdır 21:00 | 1 iyun 2025 | Bazar Məqaləyə 337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsveçrə vətəndaşlığı qonşulardan asılıdır

Əgər sizi çox səs-küylü hesab edilirsinizsə, ...

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveçrədə vətəndaşlıq müraciətinin rədd edilməsinə səbəb ola biləcək az tanınan bir qayda var. İngiltərənin “Daily Mail” qəzetində yer alan xəbərə görə, ölkədə vətəndaşlıq müraciətlərinin yalnız rəsmi kriteriyalara deyil, həm də yerli əhalinin rəyinə tabe olduğu ortaya çıxıb. Ölkədə müraciət edənlər “narahatedici” hesab edilərsə, vətəndaşlıqdan məhrum edilə bilər.

***

Bu vəziyyətin ən parlaq nümunələrindən biri də illərdir İsveçrədə yaşayan Hollandiya əsilli qadın Nensi Holten olub. Bütün qanuni tələblərə cavab verən Holtenin vətəndaşlıq ərizəsi ənənəvi inək zənglərinə qarşı kampaniya apardığı üçün yerli sakinlər tərəfindən rədd edilib.

Holten inək zənglərinin yüksək səsli və heyvanlara zərər verdiyini iddia edərək bu ənənəyə qarşı çıxmışdı. Lakin bu münasibət yerli ictimaiyyət tərəfindən “İsveçrə dəyərlərinə kifayət qədər uyğunlaşmamaq” kimi qiymətləndirilib.

Ərizə daha sonra yuxarı orqanlar tərəfindən təsdiqlənsə də, hadisə sosial şəbəkələrdə böyük əks-səda doğurub. İstifadəçilər “Aşağı mərtəbədəki qonşunuz sizi çox səs-küylü hesab etsə, vətəndaşlığınızı itirə bilərsiniz” deyərək bu praktikanı tənqid ediblər.

Bu maraqlı qayda İsveçrədə vətəndaşlıq prosesində mədəni uyğunlaşma və sosial qəbulun nə qədər effektiv olduğunu bir daha ortaya qoydu.