vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 14 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
Udduğu pul hökumətə çatdı 23:54 | 9 aprel 2025 | Çərşənbə Məqaləyə 150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Udduğu pul hökumətə çatdı

Sosial yardımla yaşayan adamın lotereya uduşları əlindən alınacaq

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveçrədə bir cütlük lotereya sayəsində təxminən 105.000 avro mükafat qazanıb. Ancaq etdikləri kiçik bir səhv ucbatından demək olar ki, bütün pullar hökumətə qalıb.

İsveçrənin Jura bölgəsində yaşayan cütlük martın 10-da “Carton” adlı “skretch” kart oyunu oynayıb. Şanslı nömrələri tapan cütlük təxminən 105 min avro (100 min İsveçrə frankı) qazanıb. Sevincdən boğulduğunu deyən cütlük qazandıqlarını bölüşmək üçün həyəcanlanıb.

Biletin üzərinə qalibin adını yazarkən kiçik səhvə yol veriblər. Cütlük uduşları bölüşdürməyə razılaşsalar da, biletin üzərinə yalnız ərinin adını yazıblar. Amma sən demə, həmin adam sosial müdafiə təşkilatlarına 90 min frank (95 min avro) civarında borcu olub.

Həyat yoldaşının heç bir borcu yoxdur. Lakin biletdə yalnız borclu şəxsin adı göstərildiyi üçün pul uduşunun böyük hissəsinin birbaşa sosial təminat idarəsinə köçürülməsi gözlənilir.

***

Bütün gözlər indi İsveçrənin “Loterie Romande” və Uşaq və Böyüklərin Müdafiəsi Agentliyinin (APEA) rəsmilərindədir. Mükafatın necə və kimə veriləcəyi ilə bağlı son qərarı qurumlar yaxın günlərdə verəcək.