
Səfir nazirliyə çağırıldı
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Qiymət gününə davam gətirəcək 5 ölkə
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Skandinaviya ölkələri belə istidən yanır
Həbsxanalarda artan hücumlar hökuməti yeni tədbirlər görməyə vadar edir
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
“Məhkumları həbsxanadan “uçurmaq” üçün istifadə edilə bilər”
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
İngiltərənin şimalında gecə yarısı polis toplaşması avtomobil yolunu müharibə zonasına çevirib. Dörd patrul avtomobili sıradan çıxarılıb və beş nəfər xəstəxanaya aparılıb. Qəzadan sonra magistral saatlarla nəqliyyatın hərəkətinə bağlanıb.
Qəza çərşənbə günü səhər saat 2.30 radələrində, Qeytşid (Gateshead) yaxınlığında, Dervent ho Roud (Derwent Haugh Road) ilə qovşağın yaxınlığında baş verib.
Hadisə yerinə 5 təcili yardım maşını, tibb işçiləri və təhlükəli ərazilərə müdaxilə qrupları sövq edilib. Beş nəfər xəstəxanaya yerləşdirilib.
Təcili yardım qrupları, hadisənin böyüklüyünə görə təcili yardım vertolyotunun istəndiyini açıqladı.
***
Bir-biri ilə toqquşan polis maşınlarından biri aşıb və orta maneəyə söykənib. Digər polis maşınının damı tamamilə qopub, üçüncünün qapısı söküldü.
Hadisə yerində polis itləri ilə axtarış aparılıb. Qara rəngli BMW polis maşınları arasında sıxışdırılıb. Qəzaya qarışan nəqliyyat vasitələrinin çıxarılması prosesi günorta saatlarına qədər davam edib.
Şahidlərin bildirdiyinə görə, maneəyə ilişmiş polis maşını qəzadan bir neçə saat sonra da mavi işıqlarını yandırmağa davam edib.
Nortumbriya polisi qəzadan sonra genişmiqyaslı araşdırmaya başlayıb. Polis rəsmiləri yolun saatlarla bağlı qaldığını bildiriblər.
Səlahiyyətlilər bildiriblər ki, əraziyə giriş bağlanıb və sürücülər imkan daxilində alternativ yollardan istifadə etməlidirlər.