
YPG silahı yerə qoyur
PKK-nın Türkiyə qanadı Suriya hökumətinin tələblərini qəbul edib
PKK-nın Türkiyə qanadı Suriya hökumətinin tələblərini qəbul edib
Müsəlman siyasətçinin İsa peyğəmbər və müqəddəs Məryəmin rəsmi hədəf seçməsi kəskin etirazla qarşılanıb
İsveçrəyə mövqeyini müəyyən etmək üçün beynəlxalq təzyiqlər artır
Ekoloqlar narahatdır: “Yeni AES enerji təchizatında üçüncü ölkələrdən asılılığımızdan xilas etməyəcək”
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
Almaniya daha bir yüksək vəzifəli PKK üzvünü həbs edib
Baş terrorçu Ankara-Şam yaxınlaşmasından qorxdu
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Patrul əməliyyatları bərpa edildi
Suriyadakı terrorçular ABŞ-la əməkdaşlığı dayandırıb
Bakıda terroru təbliğ edən filmi göstərməyə cəhd həyasızlığın son həddidir
Vaşinqton YPG terrorçularını qanuniləşdirməyə çalışır
“Türk tanklarının Suriya girməsi son döyüşümüz olacaq”
“Spartak”a gəlmiş-getmiş ən mədəni baş məşqçi, ...
PYD və YPG – Türkiyə ilə Suriyanın ortaq başağrısı olub
“Türkiyə bizi döyərkən niyə səsinizi çıxarıb bizi qorumursunuz?”
İsveçrə Federal Hökuməti terror təşkilatı PKK-nın ölkədə qondarma təlim düşərgələri təşkil etdiyi, oradan terrorçular topladığı, ölkədə pul toplama və təbliğat işləri apardığı barədə məlumat paylaşıb.
İsveçrə Federal Hökuməti, İsveçrənin Azad Demokratik Partiyasından (FDP) millət vəkili Jaklin de Qvattronun terror təşkilatı PKK-nın ölkədə olması və fəaliyyəti ilə bağlı narahatlıqları ilə əlaqədar 2024-cü ilin dekabr ayında Federal Parlamentə (Milli Şura) təqdim etdiyi parlament sualına rəsmi cavab verib.
Təkliflə bağlı yazılı açıqlamada terror təşkilatı PKK-nın ölkədə ildə bir neçə dəfə təşkil etdiyi düşərgələrin ideoloji xüsusiyyətlərə malik olduğu və gəncləri təşkilata cəlb etmək məqsədi daşıdığı bildirilib.
Açıqlamada bu düşərgələrdə silahlı təlimlərin keçirilmədiyi, lakin bəzi şəxslərin birbaşa olaraq PKK adlanan lider kadrlarına və ya Türkiyə ordusuna qarşı göndərilmək üçün seçildiyi bildirilib.
Açıqlamada İsveçrə Federal Kəşfiyyat Xidmətinin mümkün təhlükə ilə bağlı əldə etdiyi məlumatlarla maraqlandığı, PKK təhlükəsinin İsveçrədə və beynəlxalq səviyyədə məhdudlaşdırılması üçün tədbirlərin görüldüyü bildirilib.
İsveçrə rəsmilərinin ölkədəki təlim-məşq toplanışlarının sayı ilə bağlı konkret açıqlama verə bilmədiyi, bunun da düşərgələrin gizli şəkildə aparılması və məlumatsızlığından qaynaqlandığı bildirilib.
PKK-nın maliyyə təmin etmək üçün İsveçrədə pul topladığı və təbliğat işləri apardığı da bildirilib.
“İsveçrə hökuməti PKK-nın fəaliyyətini yaxından izləyir və daxili və ya xarici təhlükəsizliyi təhdid edən hallar aşkar edilərsə, ölkəyə giriş qadağaları tətbiq edilir. Bundan başqa, zorakılıq çağırışlarını ehtiva edən fəaliyyətlərə qarşı qanuni tədbirlər görülür”, – deyə məlumatda bildirilir.
Digər tərəfdən İsveçrə hökuməti də açıqlamasında təşkilatın Suriyanın şimal-şərqindəki qondarma muxtar bölgələrin “əsas təmsilçisi” olması iddiasına yer verib və bununla da Suriyada SDF və ya YPG adlarından istifadə edən PKK-nın əslində eyni struktur olduğunu etiraf edib.
***
İsveçrə Federal Kəşfiyyat Xidməti noyabr ayında dərc etdiyi “İsveçrənin Təhlükəsizliyi 2024” başlıqlı hesabatında terror təşkilatı PKK-nın İsveçrə və digər ölkələrdə gizli şəkildə pul yığdığını, təbliğat apardığını və terrorçuların təlim düşərgələri təşkil etdiyini bildirib.
Hesabatda PKK-nın potensial hədəfləri arasında türk missiyaları və məscidlər və yerli əhali kimi qurumların olduğu bildirilib.
Xəbərdə PKK-nın gənclər arasında terror təşkilatı təbliğatı apardığı və təşkilatın seçdiyi insanları gələcəkdə “Türk ordusu”na hücum etmək üçün cəlb etdiyi bildirilib.
Hesabatda PKK tərəfdarı adlandırılan mədəniyyət birliklərinin yeni gələn “qaçqınları” özlərinə cəlb etməyə və onlardan PKK-nın məqsədləri üçün istifadə etməyə çalışdığı bildirilib.
“PKK vaxtaşırı zorakı solçu ekstremist qrupların üzvləri ilə əməkdaşlıq edir”, – sözlərinin yer aldığı hesabatda terror təşkilatı PKK-nın gizli fəaliyyətlərinin davam edəcəyinin gözlənildiyi qeyd edilib.