vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 22 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
KRİMİNAL, CİNAYƏT  
PKK-ya zərbə 07:27 | 22 may 2025 | Cümə axşamı Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

PKK-ya zərbə

Terror təşkilatın Almaniya qolunun idarəçisi həbs olunub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada PKK terror təşkilatının üzvü həbs edilib. Həmin şəxsin terror təşkilatının Avropada təbliğat fəaliyyətinin koordinasiyasına cavabdeh olan rəhbər vəzifədə olduğu bildirilir.

Almaniya Federal Prokurorluğundan verilən açıqlamada Almaniya Cinayət Məcəlləsinin “xarici terror təşkilatına üzv olmaq və onun üçün fəaliyyət göstərmək” iddiaları çərçivəsində Yüksəl K. ilə bağlı 4 aprel 2025-ci il tarixli məhkəmə qərarı olduğu açıqlanıb. Bu səbəbdən Yüksəl K.-nin Bremendəki evində polis tərəfindən saxlanıldığı bildirilib.

Açıqlamada Yüksəl K.-nin 2016-cı ilin iyunundan 2023-cü ilin iyuluna qədər terror təşkilatı PKK-nın Almaniyadakı strukturunda iştirak etdiyi qeyd edilib.

Açıqlamada həmin şəxsin terror təşkilatının Avropada təbliğat fəaliyyətinin koordinasiyasına cavabdeh olan rəhbər vəzifədə olduğu da bildirilir. PKK-nın Avropadakı qondarma liderləri ilə əlaqələri olduğu da vurğulanıb.

Yüksəl K.-nın məhkəmə tərəfindən həbs edilərək Bremen həbsxanasına aparıldığı bildirilib.