vaxtlı-vaxtında oxuyun! Bazar, 29 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
PKK-nın qolları nə olacaq? 07:07 | 13 may 2025 | Çərşənbə axşamı Məqaləyə 136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

PKK-nın qolları nə olacaq?

Terror təşkilatının dağılması, bölgə xalqının ümidləri və cavabsız suallar

Taymaz URMULU

MÖVZU İLƏ ƏLAQƏLİ

PKK Qəndil dağlarında və mağaraların içərisində üç yerdə qurultay keçirərək, özünü ləğv etməyə qərar veribdir. Bu, bölgədəki kürd və türk xalqları, xüsusən də Güney Azərbaycanın qərb vilayəti əhalisi üçün çox yaxşı xəbər idi. Lakin hələ də bir çox suallar cavablandırılmalıdır. Güneyin Qərbi Azərbaycan türklərinin əsas narahatlığı fanatik və bəlkə də üsyankar üzvlərin aqibətinin necə olacağıdır.

Yeni kürd terror qruplaşması yoldadır mi? PJAK-a qoşulub Qərbi Azərbaycana yeni bəla yaradacaqlarmı? Zindəşti kimi Qüds Qüvvələrinin komandanlığı altında beynəlxalq qaçaqmalçılar və Arman Simitko kimi İran kəşfiyyat xidmətinin nəzarəti altında olan qruplar İran-Azərbaycan ərazilərində terrorçuların yenidən təşkilində rol oynayacaqlarmı?

Türkiyə tərəfində isə başqa suallar var. Hazırda əsas problem Barak Obamanın bağışladığı külli miqdarda ağır silah və sursata malik PKK-nın Suriya qolu YPG-dir. Əsas məsələ YPG-nin təslim olub-olmayacağıdır. Əslində Qəndildəki PKK Türkiyənin problemi deyil. Növbəti mərhələdə Türkiyənin problemi PJAK-dır ki, bu da çox da önəmli deyil. Əsas həll olunmayan məsələ Suriyada terror qruplaşmasının sonrakı taleyidir. Ağır silahları kim alacaq? YPG-nin dağılmaq istəmədiyi təqdirdə Türkiyə və ya Suriya hökumətinin növbəti addım nə olacaq?

Digər məsələ isə PKK üzvlərinin üçüncü ölkəyə köçürülməsidir. Terrorçuların Albaniyaya köçürülməsi Türkiyə üçün məqbul bir üsul olacaqmı?

Artıq zamana ehtiyacımız var bunların cavabını axtararkən bəlkə də bu sürəcdə başqa suallar meydana çıxacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)