Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
11:06 | 13 aprel 2025 | Bazar
Məqaləyə 289 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
İran İslam Respublikası praktiki olaraq süqut edib. Onun “respublikası” çoxdan pozulub. Seçkiləri çöxdan saxtalaşdirılıb və xalqın iradəsi tapdalanır. “İslamçılığına” gəlincə, geriyə yalnız repressiya qalır: hakimiyyətin zirvəsində zorla və hiylə ilə öz taxtlarında müharibə aparan bir ovuc cinayətkar var. Onun “antiamerikanizmi” sadəcə uğursuz danışıqların uydurmasıdır. Termitlərlə dolu olan bu quruluş bir sarsıntı ilə çökür. Aristotel deyirdi: “Xalqının etibarını itirən tiran, ilk küləkdə yıxılan köksüz ağac kimidir”.
1979-cu ildə Ruhulla Xomeyninin ideoloji şüarları ilə məftun olmuş millət, gəncliyimizi, ölkəni məhv edən sistemi alqışladı və indi alçaldıcı şəkildə Amerikanın tabeliyindədir. Ədalət və islam ləyaqəti şüarı ilə Xomeyni iki “sütun” – Amerikaya nifrət və mənəvi üstünlük iddiaları üzərində qurulmuş totalitar hökumət qurdu.
ABŞ səfirliyinin işğalı rejimi həm dünyadan təcrid etdi, həm də İran-İraq müharibəsinin fəlakətinə səbəb oldu. Minlərlə yaşıdlarım, dostlarım cəbhələrdə “Qələbəyə qədər müharibə” şüarının qurbanı oldular. Hələ də o günlərlə bağlı kabuslar görürəm.
Bu Xomeyninin antiamerikanizmi şüar deyildi, həyatımızı yandıran siyasət idi. Amerika dəbi olan cins şalvar geyindiyimiz üçün döyüldük və alçaldıldıq. İflic edən sanksiyalar iqtisadiyyatımızı durğunluğa gətirib çıxardı. Elitalarımız getdi, zavodlarımız bağlandı, yoxsulluq və qorxu tələsinə düşdük. Mənim və mənim nəslimin bütün həyatı beynin yuyulmasına müqavimət göstərməklə keçdi: “qlobal təkəbbür”, “düşmən”, “müqavimət”. Bəs biz nəyə nail olduq? Bizi dünyadan geri çəkən təcriddən başqa?
Onilliklər keçsə də, o ideologiyadan heç nə qalmayıb. Bu gün İslam Respublikasında nə respublika əlamət var, nə də islamdan. Gördüyümüz korrupsiya və cinayətkar kleptokratiyadır. Milli sərvətlərini talamaqla, tüğyan edən korrupsiya və tam səmərəsizliklə ölkəni məhv olmaq həddinə çatdıran bir qrup idarə edir. Bu sistemin ayıbı, namusu və prinsipi yoxdur. Rejim sağ qalmaq üçün hər şeyi edəcək – öz xalqını sıxışdırmaqdan tutmuş “şeytan” adlandırdığı amerikalılarla danışıqlara qədər.
Amerika ilə bugünkü danışıqlar bir anlıq nəfəslik verə bilər, amma bu çürük sistemi xilas etməyəcək. Repressiyalar, korrupsiya və şəxsiyyətə pərəstişlə xalqının qəlbini qıran, mənəvi lövbərini itirən bu sistem tənəzzülə məhkumdur.
Biz bu axmaqlığın kölgəsində qocalmış nəsillərik. Döyüldük, müharibədə dostlarımızı itirdik, sanksiyalarla boğulduq, beynin yuyulmasına qarşı mübarizə apardıq. Amma hələ də ümidimiz var. Bu cinayətkarlar nə qədər çalışsalar da, tarixi dayandıra bilmirlər. Bizim gələcəyimiz nə boş şüarlarda, nə də alçaldıcı danışıqlarda deyil, bu xarabalıqdan qurtulmaqdadır.