
Federal kəşfiyyatın PKK etirafı
İsveçdə gizli fəaliyyət göstərən terror təşkilatı pul yığır, təbliğat aparır, təlim düşərgələri təşkil edir
İsveçdə gizli fəaliyyət göstərən terror təşkilatı pul yığır, təbliğat aparır, təlim düşərgələri təşkil edir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
Almaniya daha bir yüksək vəzifəli PKK üzvünü həbs edib
Baş terrorçu Ankara-Şam yaxınlaşmasından qorxdu
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Patrul əməliyyatları bərpa edildi
Suriyadakı terrorçular ABŞ-la əməkdaşlığı dayandırıb
Bakıda terroru təbliğ edən filmi göstərməyə cəhd həyasızlığın son həddidir
Vaşinqton YPG terrorçularını qanuniləşdirməyə çalışır
“Türk tanklarının Suriya girməsi son döyüşümüz olacaq”
PYD və YPG – Türkiyə ilə Suriyanın ortaq başağrısı olub
“Türkiyə bizi döyərkən niyə səsinizi çıxarıb bizi qorumursunuz?”
Ərdoğan: “Ruslar sazişə əməl etmədi, ...
Hava hücumundan sonra quru əməliyyatları gözlənilir
Qərb bir əli ilə terror törədir, digər biri əli “göz yaşını” silir
“Terror bıçağı” Türkiyənin sümüyünə dirəndi
İsrailin Təl-Əvivin cənubunda yerləşən Bat-Yam şəhərində üç avtobus ardıcıl olaraq partlayıb. İsrail ordusunun radiosu Bat-Yamda bombalı hücum cəhdinin şübhələndiyini və üç avtobusun bir-birinin ardınca partladığını bildirib.
PKK/ONS/SDS qruplaşmasının məhv edilməsi və Türkiyənin təhlükəsizliyinə təhdidin aradan qaldırılması ilə bağlı məlumatlar yayılıb.
Suriyada hakimiyyət dəyişikliyindən sonra yeni Dəməşq hökuməti ilə “Suriya Demokratik Qüvvələri” (SDS) hərbi koalisiyasının liderləri arasında danışıqlar aparılıb. Keçid hökuməti SDS-yə PKK-nın terror hücumlarında iştirak edən silahlılarını ölkədən çıxarmağı, digər silahlı qruplaşmaların isə milli orduya inteqrasiya olunmasını təklif edib.
Danışıqların əvvəlində SDS liderləri avtonomiya tələb etsələr də, Suriya müvəqqəti prezidenti Əhməd əl-Şaraa buna qətiyyətlə rədd cavabı verib. Daha sonra qruplaşma Suriya ordusunun tərkibində ayrıca bir birlik yaradılmasını təklif etsə də, bu variant da qəbul edilməyib.
Artıq o zaman müşahidəçilər Əhməd əl-Şaraanın güclü mövqeyə malik olduğunu bildirirdilər, çünki onun arxasında danışıqların nəticəsindən asılı olaraq hərbi əməliyyat keçirməyə hazır olduğunu açıq şəkildə bəyan edən Türkiyə dayanırdı.
Nəhayət, 19 fevralda SDS-in siyasi qanadı olan Suriya Demokratik Şurasının iclasında Dəməşqlə ilkin razılaşmanın əldə edildiyi elan edilib.
SDS tərəfindən yayımlanan sənəddə aşağıdakı əsas müddəalar yer alır:
SDS və digər silahlı qruplar Suriya ordusunun tərkibinə daxil edilir.
Suriyanın şimal və şərq bölgələrində mülki və dövlət qurumlarının fəaliyyəti bərpa olunur.
Xarici döyüşçülər (Suriya vətəndaşı olmayan PKK üzvləri) ölkəni tərk edir.
SDS-in Dəməşq hökuməti ilə koordinasiyası gücləndirilir, milli məsələlər üzrə əməkdaşlıq genişlənir.
Suriyanın ərazi bütövlüyü təsdiqlənir, qaçqınların və məcburi köçkünlərin geri qayıtması üçün tədbirlər görülür, onların yaşayışı üçün lazımi şərait yaradılır.
Suriya prezidenti Əhməd əl-Şaraa ölkənin şimal-şərq bölgələrinə səfərə dəvət olunub.
Sazişin effektiv icrası üçün tərəflər birgə komitələr yaradaraq, mexanizmləri və icra planlarını işləyib hazırlayacaq.
Hazırda bu məsələyə dair Dəməşqdən rəsmi açıqlama verilməsə də, 29 yanvar tarixində çıxışı zamanı müvəqqəti prezident Əhməd əl-Şaraa ölkədəki bütün silahlı birləşmələrin ləğv ediləcəyini və dövlət strukturlarına inteqrasiya olunacağını bəyan etmişdi.