Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
10:42 | 20 avqust 2024 | Çərşənbə axşamı
Məqaləyə 529 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Berlin Avropada yüksək rütbəli PKK üzvlərini həbs edərək ölkəyə gətirməyə başlayıb. İtaliyada ələ keçirilən PKK-nın alman lideri Səlahəddin K. cümə günü ölkədə həbs edilib.
PKK-nın yüksək rütbəlilərinin əvvəlcə qaçdıqları Avropa Birliyinə (AB) üzv ölkələrdə həbs olunmağa, daha sonra Almaniyaya ekstradisiya edilməyə başlanılıb. PKK üzvlərinin sığınacaq tələbləri indi “Türkiyə kürdlər üçün təhlükəli ölkə deyil” deyərək rədd edilir. PKK tərəfdarları yeni taktikalara əl ataraq, müvafiq qanunları dəyişdirmək üçün Almaniyaya qarşı nümayişlərə başlayıblar.
***
Federal Baş Prokurorluğun Almaniya Cinayət Məcəlləsinin 129-cu maddəsi və “xaricdə cinayət və terror təşkilatlarının həbs edilməsi” ilə bağlı A-B bəndlərini əsas tutaraq PKK terrorçularının ekstradisiyasını tələb etməsindən sonra yeni bir canlanma baş verib.
Almaniya Federal Prokurorluğu Cinayət Məcəlləsinin 129-cu maddəsinə əsaslanaraq, Aİ-yə üzv ölkələrdə də terrorçuları təqib edir. Aİ-dən kənar bir ölkədən olan terrorçu Almaniyada cinayət törədibsə, qeyri-qanuni təşkilata üzv olubsa və ya Almaniyada yaşayan birinə zərər veribsə, bu qanun əsasında təqib oluna bilər. Xaricdə həbslər də Almaniyanın tələbi ilə bu qanuna uyğun olaraq həyata keçirilir. PKK üzvləri tez-tez bu qanunu dəyişdirmək üçün hərəkətə keçirlər. Eyni qanuna əsasən, bir neçə ay əvvələ qədər Məhmət Çakaş “PKK meneceri, üzvü və ya yaraqlısı” olduğu üçün İtaliyadan həbs edilərək Almaniyaya gətirilmişdi.
Onilliklər boyu AB ölkələri tərəfindən qorunan və gizlənməyə icazə verilən yüksək səviyyəli PKK-çıların Almaniyaya ekstradisiyasına başlanılıb. Almaniyada PKK-nın “Cənub Sektoru” və “Mərkəzi Sektor” bölgələrində yüksək səviyyəli menecer vəzifəsində çalışan, daha əvvəl İtaliyada həbs edilən Səlahəddin K. ekstradisiya tələbi əsasında gətirildiyi Frankfurt hava limanında yaxalanıb və avqustun 16-da həbs edilib.
***
Bildirilib ki, Səlahəddin K. 2014-2015-ci illər arasında Almaniyada PKK-nın heyətində çalışıb, idarəçi kimi tapşırıqlar verib, onları icra edib, təşkilatçılıq və təbliğat işləri aparıb. Təşkilatın müəyyən etdiyi “Cənub Sektoru” bölgələri olan Darmstadt, Frankfurt, Gissen, Mannheim, Nürnberg və Saarbrückendə fəaliyyət göstərən PKK lideri, daha sonra Bielefeld, Bonn, Dortmund, Düsseldorf, Duisburg, Essen kimi bölgələrdə çalışıb.
***
Bir müddət əvvəl Fransadan Sabri Çimən, Yunan Kiprindən Kənan Ayaz və İsveçdən Fərid Çelik həbs edilərək Almaniyaya təhvil verilib. Bu ayın əvvəlində Hollandiya məhkəməsi ilk dəfə olaraq PKK üzvünün Almaniyaya ekstradisiyasına qərar verib. Sərdar Qaraqoç Hollandiya tərəfindən həbs edilərək Almaniyaya təhvil verilib. Belçika da bir PKK üzvünü Almaniyaya ekstradisiya edib.
Bir çox başqa ölkədə ekstradisiyaları dayandırmaq istəyən PKK-lıların açdığı iddialar davam edir. Almaniyada da nümayişlər keçirilir.
Türkiyənin də axtarış siyahısında olan bu adların Türkiyəyə ekstradisiya edilib-edilməyəcəyi hələlik məlum deyil. Lakin son illərdə PKK xərac toplamaq, küçə aksiyaları keçirmək və ya təşkilata üzv toplamaq kimi fəaliyyətləri ilə Avropada ölkələrin daxili dincliyini pozur.