Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
13:17 | 1 may 2026 | Cümə
Məqaləyə 13 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
İran XİN Almaniyanın sanksiyasını “təxribatçı” adlandırıb
Almaniyada “fast-food” bazarında yaranan qalmaqal getdikcə qalmaqal böyüyür. Bu dəfə hadisələrin mərkəzində dünyanın ən iri şəbəkələrindən biri olan KFC dayanır. Qlobal brend illərdir bazarda qurulmuş yerli dönər biznesi ilə toqquşub və görünən odur ki, bu qarşıdurmada üstünlük kiçik tərəfin əlindədir.
VAXT.AZ “Die Welt”ə istinadən xəbər verir ki, məsələ “Krispy Kebab” adı ilə satışa çıxarılan məhsuldan başlayıb. Lakin bu ad təsadüfi deyil. “Bielefeld” mərkəzli dönər şəbəkəsi həmin adı illər əvvəl rəsmi olaraq qeydiyyatdan keçirib və bazarda tanıdıb. İndi isə eyni adın KFC kimi qlobal şirkət tərəfindən istifadə olunması açıq narazılıq yaradıb.
Dönər şəbəkəsinin sahibi, türk əsilli Sərgən Qolcu bunu sadəcə təsadüf hesab etmir. Onun fikrincə, illərlə qurulan brendin adı məqsədli şəkildə seçilib və bu, həm müştərilərdə çaşqınlıq yaradır, həm də yerli biznesə zərbə vurur. Məhz bu səbəbdən məsələ artıq hüquqi müstəviyə daşınıb.
Qalmaqalı daha da alovlandıran detal isə KFC-nin reklam kampaniyası olub. Şirkət məhsulu “Hər şey oğurlanıb” mesajı ilə təqdim edib və bu, Almaniyada geniş rezonans doğurub. Sosial mediada bu addım açıq şəkildə tənqid olunub və məsələ hüquqi mübahisədən çıxaraq reputasiya böhranına çevrilib.
Artıq vəziyyət o həddə çatıb ki, KFC geri addım atmaq ehtimalını da istisna etmir. Şirkət açıqlayıb ki, razılıq əldə olunmasa, “Krispy Kebab” məhsulu menyudan çıxarıla bilər. Bu isə faktiki olaraq qlobal nəhəngin yerli brend qarşısında geri çəkilməsi deməkdir.
Cəmi bir neçə filialı olan dönər şəbəkəsinin dünyada minlərlə restorana sahib beynəlxalq şirkətə qarşı dayanması Almaniyada “David və Qolyat” qarşıdurması kimi qiymətləndirilir. Lakin bu dəfə tərəzinin hansı istiqamətə əyildiyi artıq aydın görünür.
Beləliklə, Almaniyada baş verən bu hadisə sadəcə bir ad mübahisəsi deyil. Bu, qlobal brendlərlə yerli bizneslər arasında açıq güc savaşıdır və görünən odur ki, bu raundda qalib tərəf türk iş adamı olur.