
PKK nazirliyi məhkəməyə verdi...
Federal Hökumət nə qərar verəcək?
Federal Hökumət nə qərar verəcək?
Terror təşkilatın Almaniya qolunun idarəçisi həbs olunub
Beş terrorçu lider getdikləri yerdə həbs olunacaq
... Və yaxud, terrorçu hara, siyasət hara?
Terror təşkilatının dağılması, bölgə xalqının ümidləri və cavabsız suallar
İsveçdə gizli fəaliyyət göstərən terror təşkilatı pul yığır, təbliğat aparır, təlim düşərgələri təşkil edir
PKK-nın Türkiyə qanadı Suriya hökumətinin tələblərini qəbul edib
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
Almaniya daha bir yüksək vəzifəli PKK üzvünü həbs edib
Baş terrorçu Ankara-Şam yaxınlaşmasından qorxdu
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
Patrul əməliyyatları bərpa edildi
Suriyadakı terrorçular ABŞ-la əməkdaşlığı dayandırıb
Bakıda terroru təbliğ edən filmi göstərməyə cəhd həyasızlığın son həddidir
Vaşinqton YPG terrorçularını qanuniləşdirməyə çalışır
“Türk tanklarının Suriya girməsi son döyüşümüz olacaq”
Kürdistan Fəhlə Partiyasının (PKK) özünü ləğv etməsi və silahı yerə qoyması Türkiyə siyasi tarixi üçün olduqca əlamətdar hadisə sayıla bilər, amma həm mövcud geosiyasi mənzərədə, həm də “ikinci kürd açılımı” çərçivəsində hansısa nəticəyə gəlmək üçün tələsməmək faydalı olar. Aydın müşahidə etmək olur ki, “ikinci kürd açılımı” Türkiyə cəmiyyətinin müxtəlif təbəqələri arasında barışıq əldə olunmasından daha çox, siyasi elitalar arasında müəyyən hədəflərə hesablanmış bir prosesdir. Bu baxımdan, “ikinci kürd açılımı”na qiymət vermək üçün növbəti seçki marafonuna kimi gözləmək daha doğru olar.
Mənim üçün xüsusilə maraq doğuran məsələ, 26 ildir İmralı adasında məhbus həyatı yaşayan PKK lideri Abdulla Öcalanın taleyidir. Çünki Şərqdə fiqurlar təşkilatlardan daha önəmli və həlledicidir. Öcalan kultu və ideoloji baxışları təkcə PKK çərçivəsində deyil, ümumilikdə kürd siyasi həyatında çox böyük çəkiyə malikdir. Lakin uzunmüddətli həbs Öcalanın həm PKK, həm də kürd siyasi hərəkatı üzərindəki real təsirlərini sıfıra endirib. Bu mənada, Öcalan yəqin ki, yenidən səhnəyə qayıtmağa çalışır və barizdir ki, “ikinci kürd açılımı” 75 yaşlı Öcalanın azadlığa çıxması üçün son şansıdır. Şübhə etmirəm ki, mövcud şərtlərdə Öcalan azadlığa çıxmaq qarşılığında PKK-nı ləğv etmək məsələsində tərəddüd etsin.
Daha da maraqlısı, Öcalan həbsdən çıxsa, hansı yolu seçəcək? Təqaüdə yollanacaq, yoxsa Türkiyədə aktiv siyasətə qoşulacaq? İnanmıram ki, Öcalan kimi bir fiqur xüsusi missiya verilmədən həbsdən buraxılsın. Bu mənada, həbsdən çıxdıqdan sonra Türkiyə-Qərb razılığı əsasında Öcalana Suriyadakı kürd strukturuna rəhbərlik etmək də həvalə oluna bilər. Yəni, İraqdakı Barzani modeli Suriyada Öcalan modeli kimi tətbiq edilə bilər.
Təbii ki, bunlar sadəcə mülahizələrdir. Onu dəqiq demək olar ki, Türkiyə siyasətini olduqca çalxantılı günlər gözləyir.