Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
09:47 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 493 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Dəməşq hökuməti Rojavadakı muxtariyyətə çağırış edən konfransa reaksiya verərək, Parisdə Suriya Demokratik Qüvvələri (SDQ) ilə keçiriləcəyi gözlənilən görüşlərdən çəkildiyini açıqlayıb.
Suriya hökuməti, SDQ-nin və onun nəzarətində olan torpaqların taleyi ilə bağlı Parisdə planlaşdırılan görüşlərdə iştirak etməyəcəyini bildirib. Fransanın paytaxtı Parisdə rəsmi Dəməşq və SDQ nümayəndələri arasında keçiriləcək görüş əvvəllər bir dəfə də təxirə salınmışdı.
Dəməşqin bu qərarı, SDQ nəzarətində olan Rojava ərazisində Suriya daxilindən fərqli dini və etnik qrupların təmsilçilərinin qatıldığı təxminən 500 nəfərlik konfransdan sonra verilib.
Konfransa etiraz edən bir Suriya hökumət rəsmisi bu tədbirin, SDQ-nin mərkəzi hökumətə inteqrasiyasını nəzərdə tutan 10 Mart razılaşmasına zidd olduğunu bildirib. SANA dövlət xəbər agentliyinə danışan anonim rəsmi deyib ki, “Bu konfrans mövcud danışıqlar səylərini zəiflədib. Buna görə hökumət Parisdə planlaşdırılan hər hansı görüşdə iştirak etməyəcək”.
Rojavadakı konfransda nə baş verdi?
“Şimali və Şərqi Suriyanın Tərkib Hissələrinin Birgə Mövqe Konfransı” adlanan Rojava toplantısında iştirakçılar ademimerkeziyyətə əsaslanan yeni bir konstitusiya çağırışı etdilər. Konfransın yekun bəyannaməsində Suriyadakı milli, dini və mədəni müxtəlifliyin zənginlik olduğu qeyd edilərək “bu müxtəlifliyin siyasi və inzibati çərçivədə gücləndirilməsi” tələb olundu. Eyni zamanda, avtonom idarəetmə modelinin uyğun və faydalı olduğu ifadə edildi.
Tədbirdə, yaxınlarda qanlı toqquşmalarda yüzlərlə üzvü həlak olmuş Dürzi və Ələvi icmalarının liderlərinin video mesajları da nümayiş etdirildi. Konfrans iştirakçıları arasında 10 Mart razılaşmasına imza atmış SDQ komandiri Məzlum Abdi də vardı. Abdi, mərkəzi hökumətin suverenliyini tanıdığı sənədi Suriyanın müvəqqəti prezidenti Əhməd Şaraa ilə birlikdə Dəməşqdə imzalamışdı.
Tərəflərin ilin sonuna qədər yekunlaşdırması gözlənilən inteqrasiya danışıqları çərçivəsində Parisdə görüşməsi planlaşdırılırdı.
Mərkəzləşdirilmiş və muxtariyyət mövqelər
Dəməşq və Ankara Suriyada mərkəzləşdirilmiş hakimiyyətin yaradılmasını dəstəkləyir. ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak isə bu ölkədə “tək vətən, tək millət, tək ordu, tək hökumət” qurulmasını müdafiə edib.
Digər tərəfdən, rəsmi adı ilə Şimali və Şərqi Suriyanın Muxtar İdarəsi (AANES), xalq arasında geniş yayılan Rojava adlanan ərazini idarə edən SDQ muxtariyyət tərəfdarıdır. 1961-ci ildən bəri istifadə olunan rəsmi Suriya Ərəb Respublikası adından “Ərəb” sözünün çıxarılmasını və etnik müxtəlifliyə vurğu edilməsini istəyən SDQ, tam silahdan imtina etməyə isə qarşıdır.