Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
07:27 | 23 iyul 2025 | Çərşənbə
Məqaləyə 539 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İnsan min illərdir ki, özünün bir neçə yüz qramlıq beyin məhsullarının əsarətindədir. Müxtəlif dini firqələr, beynin yeni ideyalar yaratmaq, izah etmək və əsaslandırmaq cəhdlərinin əksidir.
Dürzilər, dini baxımdan qeyri-şəriət kateqoriyasına aid edilə bilən bir icmadır. Onlar özlərini batini ismaililərdən sayırlar və Səlcuqlular dövründən başlayaraq Monqol istilasına qədər İslam xilafəti ilə mübarizə aparıblar. Dürzilər İsmaili təriqətinə bağlı olsalar da, özlərini müsəlman hesab etmirlər. Dinlərində Tanrı anlayışı mövcuddur, lakin ruhların təcəssümü (reinkarnasiya) da xüsusi yer tutur.
İnancları Asiya və Yunan fəlsəfəsinin elementlərini ərəb üslubu ilə birləşdirir. Bu, Türkiyə və Suriyadakı Ələvi inanclarından fərqlənir, çünki onlar daha çox türk üslubuna malikdirlər.
Orta əsrlərdəki qeyri-şəriət inancları Osmanlı dövründə qadağan edildi və zamanla şəriət tərəfdarları ilə qeyri-şəriət tərəfdarları arasında qarşıdurmalar baş verdi. Eyni zamanda, Səfəvilər dövründə sufilər kənara çəkildi və İmamiyyə şiəliyi əsas dini diskursa çevrildi. Osmanlıda isə Hənəfi fiqhi bu mövqeyi qazandı və digər dini yanaşmalar arxa plana keçdi.
Son illərdə İsraildə yaşayan dürzilər qeyri-müsəlman ərəb vətəndaşlar kimi hökumət və ordu strukturlarına daxil olublar, halbuki Suriya kimi müsəlman ölkələrdə dürzilər kənarda qalıblar. Suriya dürziləri əsasən Qolan yüksəkliklərində yaşayır və ehtimal olunur ki, İsrail bu bölgəni onların dəstəyi ilə ələ keçirib.
Suriya vətəndaş müharibəsində, dürzilər YPG kürdləri ilə birlikdə İsrailin müttəfiqi kimi çıxış ediblər. Bəşər Əsədin (Ələvi məzhəbindən olan) devrilməsindən sonra, sünni ərəb şəriət tərəfdarları Dəməşqə yönəliblər. Bu arada, Livandakı dürzilər, İsrailin Livana hücumları səbəbilə İsrailin tərəfində yer almayıblar.
Dürzilərlə Suriyadakı kürdlər arasında əlaqə qurmaq və onları Şimali Suriya və İraq kürdləri ilə birləşdirmək cəhdi, əslində İsrailin İran və Türkiyə sərhədlərinə çıxmaq strategiyasıdır. Bu məqsədlə “Davud dəhlizi” adlanan strateji xəritə İsrailin beyin mərkəzlərində hazırlanıb.
Son günlərdə sünni ərəblərlə dürzilər arasında baş verən qarşıdurmalar, hər nə qədər Suriya-İsrail müharibəsi ilə bağlı olsa da, əsas səbəbi orta əsrlərdəki dini qarşıdurmalara dayanır. Region dövlətləri bu tarixi gərginlikləri öz maraqları üçün istifadə etməyə çalışırlar. Bu kontekstdə İsrail ən çox fayda götürən tərəf kimi görünür.