
Fars-molla rejiminin böyük PUA yalanı
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
İranın Azərbaycan Respublikasına qarşı ittihamların səbəbləri və məqsədləri
“Savaşın yaratdığı faciəvi vəziyyət rejimin regionu uçuruma sürüklədiyini göstərir”
Öz millətini işğalçıların siyasətinə satan türklər
... və candərdi iştirakçılar
“Türk milləti hər zaman öz torpaqlarını qorumağa hazırdır”
Araz Elsəs: “Yaranan fürsəti qaçırmamalıyıq”
Düşürsən yadıma, bombalar yağanda ...
Xalqı dünənə qədər bir yerdə saxlayan şəriət və sərt diktatura idi
İran İsrailə qarşı savaşında niyə yaşayan Azərbaycan türklərini “canlı qalxan” kimi istifadə edir?
... Virtual dünyanın fenomen “şahı”
Güney Azərbaycan artıq yalnız bir arzu və ya romantik hədəf deyil
Türkiyə və Azərbaycan İran məsələsində eyni mövqedən çıxış etməlidir, amma ...
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Mirzə Rza Babinin gülləsindən Əbədi ziyalıların yalanlarına
Kəsdiyiniz qurbanlar, tutduğunuz arzular qəbul olunsun!
Fars-molla rejimi ideologiyasını qorumaq naminə sərvətimizi qəpik-quruşa Rusiya və Çinə satıb
Pəhləvi dövründə İranın siyasi-mədəni və iqtisadi sahələrində ən fəlakətli dəyişikliklər, özünə vətənpərəst deyən ziyalıların rəhbərliyi ilə həyata keçirildi. Bu fəlakətli siyasətlərdən biri də Ərdəlan bölgəsinin adının Kürdüstana çevrilməsi idi.
Ərdəlan bölgəsi, adını hakimiyyətdə olan Ərdəlan ailəsindən almışdı və Səfəvi dövləti daxilində bir əmirlik idi. Ərdəlan ailəsi şiə məzhəbli idi və bugünkü Sorani dilindən fərqli bir danışıq dili var idi.
Səfəvi dövləti də digər türk mənşəli dövlətlər kimi müluk-üt-təvayif (bugünkü mənada federalizm) prinsipinə inanırdı. Ərdəlan ailəsi, hakimiyyət dairəsi Zor şəhərindən başlayaraq, digər yerli hakimiyyətlər kimi tədricən genişləndi və Sinə (indiki Sənəndəc) şəhərini də özünə qatdı.
Ərdəlan əmirliyi, Qacarlar kimi güclü türk dövlətlərinin köməyi ilə öz hakimiyyətini davam etdirdi. Lakin Qacar dövlətinin sonlarında Ərdəlanlar öz əmirliklərini itirdilər.
Birinci Dünya müharibəsi, regionda bir çox dövlətlərin quruluşunun əsasının qoyulduğu ən kritik müharibələrdən biri oldu. Müxtəlif dil və məzhəblərdə danışan kürd bölgələri, Avropanın müxtəlif dövlətlərinin diqqət mərkəzində idi. İran hökuməti Paris Sülh Konfransında bir məktubla Osmanlı kürdlərinin İrana tabe olmasını tələb etdi. O dövrdəki İran ziyalıları da bu siyasi məqsədə çatmaq üçün diplomatik aparatla hərəkət edirdilər. Onlar kürdləri İran sisteminə cəlb etmək üçün İranda bir Kürdüstan vilayəti qurmaq qərarına gəldilər ki, İraq kürdləri də İrana meyllənsin.
Bunun üçün Rusiya şərqşünası Minorski və İranlı Rəşid Yəsəmiyə böyük məbləğ pul verildi ki, kürdlərin və Kürdüstanın tarixini Pəhləvilərin xeyrinə yazsınlar və onları Haxamənişlər və Madaylara bağlasınlar. Necə ki, Nesturi və Süryani xristianların tarixini də qədim Asurla əlaqələndirmişdilər.
Məşrutə inqilabından sonra ölkənin yeni inzibati bölgüsü tətbiq edildi və İran dörd əyalət (o cümlədən Azərbaycan) və 22 vilayətə bölündü. 1937-ci ilə qədər qərb Azərbaycan əyalətinə indiki Qərbi Azərbaycan ostanı, Saqqız, Bicar və Sənəndəcin şimal bölgələri daxil idi.
1937-ci ildə inzibati bölgü dəyişdirildi və ostanlar nömrələrlə adlandırıldı:
– 3-cü ostan: Təbriz və Ərdəbil
– 4-cü ostan: Urmiya və qərb bölgələri
– 5-ci ostan: Həmədan, Kirmanşah, Şahabad (İslamabad-Qərb), Sənəndəc, Məlayir, İlam (ostanın mərkəzi Kərmanşah).
Sənəndəc, 1958-ci ildə 5-ci ostandan ayrılaraq, əvvəllər Qərbi Azərbaycana aid olan, sonra isə Həmədana qatılan türklərin yaşadığı Qürvə və Bicar bölgələri çıxarıldı və mərkəzi Sənəndəc olmaqla Kürdüstan ostanı yaradıldı.
Bu gün Kürdüstan ostanının əhalisinin yarıdan çoxu Sənəndəc, Bicar və Qürvə şəhərlərində yaşayan yerli türklərdir. Buna görə də yeni yaradılmış və Kürdüstan adlandırılan ostanda coğrafi adların 70 faizdən çoxu türkcədir. Ərdəlan vilayətinin (bu vilayət 1958-ci ildə Kürdüstan adlandırılıb) qədim türk adlarının bərpası tələbi daha çox hiss edilir.