
“QADINCA”
GünAz TV-də yeni veriliş başlayıb
GünAz TV-də yeni veriliş başlayıb
“Zenuz ağa” əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir
İslamşəhrdə milli fəala azadlıq tələb olunur
Küçələrə su səpmişəm,
Lift gələndə toz olmasın,
Elə qalxsın, elə ensin
Arada da söz olmasın
(Azərbaycan xalq mahnısına nəzirə)
İddiamız imkanlarımıza uyğun deyil və ya ...
Məhsa Mehdili: « Biz nə yazıq ki, Güney Azərbaycan Milli Hərəkatı olaraq özümüzü o türklərə belə anlada bilməmişik»
Əgər bir cəmiyyətin özünə idealı saydığı şairi Firdovsi və lideri Xomeyni zəif cinsin nümayəndəsini beşinci sort varlıq sayırsa, ...
Bəzi ölkələrdə qadınların mübarizələri müsbət nəticələr verib
Məhsa Mehdili: «Biz İranın anti-qadın və qadına obyekt kimi baxma siyasətindən çox təsir almışıq və ...»
Məhsa Mehdili: «Zorakılıq tətbiq edən kişiləri üzv olaraq ya təşkilatların müxtəlif qollarının məsulu olaraq qəbul edilməməlidir»
Sadiq İsabəyli: «Gənclərin xüsusilə savadlı, oxumuşların aktivliyi artıb»
«Dil və etnik kimlik Moskvanın müstəmləkə siyasətinin nəticəsində dəyişdirildi»
Mərənddə «Madər» meydanının adı dəyişdirildi
Məhsa Mehdili: «Tramp İrana təzyiqi artıra bilər...»
Siyasi məhbuslar Rəzəvi və Mirzayinin durumu ilə bağlı narahatlıqlar artıb
Yaxud erməninin panfarsçılığı
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq bildiririk ki, milli azadlıq hərəkatımızın əsas dayağı millətimizin öz iradəsinə əsaslanan müstəqil və Azərbaycan mərkəzli siyasi mövqedir. Hərəkatımızın fəaliyyəti heç bir xarici gücdən və ya regional mərkəzdən asılı olmadan, yalnız Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli-siyasi maraqları və tarixi məsuliyyəti çərçivəsində müəyyən olunur.
2025-ci il iyunun 27-də Güney Azərbaycana mənsub bəzi qurum və təşkilatlar tərəfindən təsis edilib “Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası” (GATƏŞ) ilə bağlı millətimizə açıq şəkildə bildiririk ki, GAMAC bu prosesin ilkin mərhələsində milli həmrəylik və koordinasiyalı birgə fəaliyyət zərurətini nəzərə alaraq iştirak etmiş, xoş niyyətlə milli hərəkatın gücləndirilməsinə töhfə vermək və birgə fəaliyyəti dəstəkləmək məqsədilə bu təşəbbüsə qatılıb.
Lakin, təqdim olunan konseptual çərçivə daxilində prinsiplər hərtərəfli təhlil edildikdən sonra, bir sıra ciddi narahatlıq doğuran məqamların mövcudluğu səbəbi ilə, GAMAC sözügedən bu platformadan ayrılmağa qərar verdi.
Özəlliklə vurğulamaq istərdik ki:
• Həmin platformada milli hərəkatın əsas fəlsəfəsi olan müstəqil siyasi qərarvermə hüququ və Azərbaycan mərkəzli yol xəritəsi aydın şəkildə ifadə olunmayıb;
• Təqdim edilən sənədlərdə və ümumi yanaşmalarda Tehran mərkəzli düşüncə nümunələrinin mövcudluğu, həmçinin bunların strateji xətt kimi təqdim olunması açıq şəkildə bəyan edilib;
• Milli iradəyə əsaslanan müstəqil qərarvermə prinsipinin digər siyasi proseslərin təsiri altında dəyərləndirilməsinə meyillər müşahidə olunub.
Bütün bunlar milli hərəkatın ideoloji, milli-siyasi prinsipi və özünəinam mövqeyi ilə ziddiyyət təşkil edən ritorika və yanaşmaların formalaşmasına səbəb olub.
GAMAC bu yanaşmaları Güney Azərbaycan milli hərəkatının təməl dəyərlərinə və strateji hədəflərinə uyğun görmədiyi üçün GATƏŞ platformasından rəsmi şəkildə ayrıldığını bəyan edir.
Biz GAMAC olaraq millətimizə, milli-demokratik qurumlara və Güney Azərbaycanın taleyinə biganə qalmayan hər kəsə bildiririk ki, Güney Azərbaycan Milli Azadlıq hərəkatının apardığı bütün proseslərdə milli iradəyə hörmət, Azərbaycan mərkəzli müstəqil yol və kənar təsirlərə qarşı prinsipial mövqeyi dəyişməz olaraq qalacaq.
GAMAC bu yolda yalnız və yalnız öz millətinə arxalanır və bəyan edir ki, istənilən əməkdaşlıq yalnız bu prinsiplərə hörmət çərçivəsində mümkündür.
Bir daha vurğulayırıq ki, Güney Azərbaycan öz gələcəyini özü müəyyən edəcəkdir və bu millətin taleyinin siyasi yol xəritəsi nə Tehranda, nə də başqa bir xarici mərkəzdə yox, yalnız Güney azərbaycanlıların milli-siyasi iradəsi ilə yazılacaq.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)