vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNEY  
«Ana» meydanı 11:23 | 15 mart 2017 | Çərşənbə Məqaləyə 2139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ana» meydanı

Mərənddə «Madər» meydanının adı dəyişdirildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Son illərdə Güney Azərbaycanda güclənən milli özünüdərk prosesi müxtəlif sahələrdə özünü göstərməkdədir.

GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, Mərəndin Bələdiyyə İdarəsi «Madər» adlanan meydanın adını dəyişdirərək «Ana» meydanı adlandırıb. Bələdiyyə İdarəsinin təqdirəlayiq və uzaqgörən hərəkəti yerli əhalinin böyük rəğbətinə səbəb olub.

Deyilənlərə görə, meydanın adının dəyişdirilməsi Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti nəticəsində mümkün olub.

Güney Azərbaycan şəhərlərində mədəni fəallar və Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti genişləndikcə onların müəyyən təklifləri Bələdiyyə İdarələri və Şəhər Şuraları tərəfindən qəbul olunur. Belə hallara bundan öncə bir neçə şəhər, o cümlədən Binab və Ərdəbildə rast gəlinib.