
Əfqanıstanda 6 bal gücündə zəlzələ
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
76 nəfər öldü
Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur
BMT-dən Almaniyaya xəbərdarlıq
Ötən il bu vaxt terrorçu siyahısında idi
Əfqanıstandan vətəndaşlarına “geri qayıdın” çağırışı
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Tehran 400 kilometrlik təhlükəsizlik divarı inşa edəcək
Pentaqon ABŞ-ın Əfqanıstandan çıxan zamanı baş verənləri hadisələri araşdırmağa başlayır
Talibandan qorxduğu üçün adı gizli saxlanılan qadın Əfqanıstana deportasiya edilə bilər
“Sığınacaq müraciəti rədd edilən heç kim Almaniyada daimi qala bilməz”
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
Talibanın 90 min kameralı müşahidə şəbəkəsi qurdu, üztanıma sistemindən də istifadə edilir
... Yaxud xalqı 3 illik vergidən azad edən qənimət
Taliban tərəfindən bağlanan qadın radiostansiyası yenidən efirə çıxıb
Hücum əldəqayırma partlayıcılardan istifadə edilməklə həyata keçirilən terrorda 5 nəfər ölüb
Əfqanıstanda bildiyiniz kimi güclü zəlzələ olub, xilasedicilər dağıntılar altından kişiləri çıxardıb, naməhrəm olduqları üçün qadınlara dəyməyiblər. Xəbəri bilinən bütün güvənilir dünya mediası paylaşıb.
Sən demə, günah təkcə xilasedicilərdə olmayıb. Kəndlərin kişiləri də onları dağıntı yerlərinə buraxmayıb ki, daşlar altından gecə paltarında bacım, yoldaşım, qızım çıxa bilər. Bəzi qadınlar başı yarılmış, qolu qırıq yaralı halda özləri çıxıb, baxan olmayıb. Çünki xilasedicilər arasında qadın həkim yox imiş.
Bu xəbərlərə yazılan şərhlərin çoxu budur ki, “Yalandır”, “İslamı gözdən salmaq üçün düşünülüb” və s. Elə danışırlar elə bil Əfqanıstan qadın hüquqları üzrə ad çıxarmış Norveç kimi ölkədir, belə bir hadisənin yaşanması mümkünsüzdür. Əfqanıstandan danışırıq – qadının, balaca oğlan uşaqlarının satıldığı Əfqanıstan. Narkomanlar, baş kəsənlər, fanatiklər ölkəsi. İdmançılarımız beynəlxalq görüşlərdə qadınların əlini necə sıxmırlar ki, naməhrəmdir, bu da elə, təəccüblü nə var?
Buna inanmayanaların əlinin altında İnternet var, araşdırsın. 2002-ci ildə Məkkədə qızlar məktəbi səhər tezdən yandı. Polis binanın qapılarını yataqlarından qaçan qızların üzlərinə bağlamışdı ki, qayıdın çarşabları geyinin sonra çölə çıxın. Yanğından qaçan bir çox qız döyülüb yenidən binaya qaytarılmışdı. Yanğın içində çarşab axtaran 15 qız diri-diri yanmışdı, 48 qızın üzü, başı yanıb eybəcər günə düşmüşdü.
Belə hadisə 2010-cu ildə Pakistanda baş verən daşqında təkrarlanıb. Orda kəndlərə cavabdeh yerli ağsaqqal dini liderlərdir. Onlar da sular içindən qadınların və qız uşaqlarının qurtarılmasına icazə verməmişdilər. 2000-dən çox insan batmışdı.
Hər il 3 milyon müsəlman qız uşağı sünnət olunur, hazırda dünyada 200 milyon qadın sünnətlidir. Bunu edirlər ki, qadının intim hissiyyatı olmasın, o istəməsin, istəyəcəksə, kişi istəsin.
Din yaxşıdır. Kimsə dinə qarşı deyiləm. İnsanın hər hansı bir inancı olmalıdır. Amma elə Azərbaycan, Qazaxıstan variantı. Allahdan qorxsun, istəyən namazını qılsın, amma başqalarının da həyatına mane olmasın. Şəriət idarəçiliyi istəyənlər isə yuxarıda sadalananlara hazır olsun. Ya Əfqanıstan, ya da İran variantı. Orta yol yoxdur.