vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 sentyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
İran sərhəddə sədd tikir 13:10 | 26 may 2025 | Bazar ertəsi Məqaləyə 325 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran sərhəddə sədd tikir

Tehran 400 kilometrlik təhlükəsizlik divarı inşa edəcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Quru Qoşunlarının komandanı, briqada generalı Kiyomers Heydəri bildirib ki, ilin sonuna qədər ölkənin Əfqanıstan və Pakistanın daxil olduğu şərq sərhədində 400 kilometrlik təhlükəsizlik divarı tikiləcək.

İran dövlət televiziyasına danışan Heydəri “indiyədək 103 kilometr divar çəkmişik və 140 kilometr divar üçün infrastrukturu hazırlamışıq. İlin sonuna qədər sərhədlərin bağlanması işlərini 400 kilometrə çatdıracağıq”, – deyib.

İran rəsmisi qeyd edib ki, divar smart sensorlar və yüksək texnologiyalı monitorinq sistemləri ilə təchiz olunacaq.

Tehran administrasiyası Əfqanıstan və Pakistan sərhədində inşa etdiyi 4 metr hündürlüyündə beton divarla qeyri-qanuni immiqrasiya və rejim əleyhinə olanların ölkəyə sızmasının qarşısını almağı hədəfləyir.