ABŞ təyyarəsi Pakistana endi
“Danışıqlar hərbi bazada keçirilə bilər”
23:40 | 20 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 290 dəfə baxılıb
Şriftin ölçüsü
“Danışıqlar hərbi bazada keçirilə bilər”
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
İran keçidləri bağladı, 800 gəmi blokadada qaldı
Tehran İslamabada nümayəndə heyəti göndərilməsi xəbərlərini təkzib etdi
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Tehran sanksiya siyahısına düşən Çin bankı ilə iş birliyinə girib
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
İranın pis günləri bitdi, daha betəri başlayır
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp-Rutte zirvə görüşündə NATO böhranı
Ağ Ev: “İranın 10 maddəlik planı qəbul edilməyib”
“İndiyə qədər görünməmiş miqyasda cavab veriləcək”
Hörmüz boğazındakı sakitlik uzun sürmədi
Yaxud İranı beynəlxalq daşımalardan çıxarmaq istəyi
ABŞ-ın müdafiə naziri Pit Heqset yazılı açıqlama verərək, Əfqanıstandan çəkilmə prosesi zamanı baş verən hadisələri ətraflı şəkildə araşdıracaqlarını bildirib. Heqset 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstandan çıxarılması prosesində problemlərin araşdırılması üçün “xüsusi baxış bölməsi”nin yaradılmasına dair göstəriş verdiyini açıqlayıb.
“Üç il yarım əvvəl Bayden administrasiyasının Əfqanıstandan biabırçı şəkildə çıxarılması, Kabil Beynəlxalq Hava Limanının Abbey Qapısında intiharçının hücumu nəticəsində 13 ABŞ əsgərinin və 170 mülki şəxsin ölümünə səbəb oldu. Prezident (Donald) Tramp bu hərbi geri çəkilmə zamanı baş verənlərə görə kimlərinsə məsuliyyət daşıyacağını vəd etdi və mən bu vədini yerinə yetirirəm”, – Heqset deyib.
Heqset Əfqanıstandan çıxarılan gün baş verən hadisələrin bütün təfərrüatlarını üzə çıxarmaq üçün nazirlik daxilində “xüsusi təhqiqat bölməsi” yaratmağı ictimai məsələlər üzrə müavini və baş məsləhətçisi Şon Parnelə həvalə etdiyini açıqladı.
Heqset, sözügedən bölmənin Əfqanıstandan çəkilmə ilə bağlı “bütün faktları” ortaya çıxaracağını və bu faktları Amerika xalqı ilə paylaşacaqlarını bildirib.
***
2001-ci ildə Taliban rəhbərliyinin 11 sentyabr hücumlarının şübhəlisi, terror təşkilatı Əl-Qaidə lideri Usamə bin Ladenə sığınacaq verdiyi əsası ilə Əfqanıstanı işğal edən ABŞ son əsgərini geri çəkərək 31 avqust 2021-ci ildə Əfqanıstanı tərk edib.
Xaosla bitən geri çəkilmə ilə bağlı müzakirələrdə ABŞ qurumlarının koordinasiyasının olmaması və hazırlıqsızlığı diqqət çəkib.
26 avqust 2021-ci ildə ABŞ əsgərlərinin cəmləşdiyi Kabil Həmid Kərzai Beynəlxalq Hava Limanının qapılarından birində bombalı hücum həyata keçirilib. Hücumda onlarla əfqan və 13 ABŞ əsgəri həlak olub.
29 avqust 2021-ci ildə ABŞ ordusu sözügedən hava limanına hücum edəcəyini iddia edərək bir hərbi avtomobilə hava hücumu təşkil etdi. ABŞ ordusu və administrasiyası hücuma hazırlaşan İŞİD avtomobilini hədəf aldıqlarını və maşındakı ikinci partlayışların maşındakı partlayıcılardan olduğunu iddia edib.
Tezliklə kəşfiyyat məlumatlarının tamamilə yalan olduğu və hücumda 7-si uşaq olmaqla 10 mülki şəxsin həlak olduğu məlum olub.
ABŞ administrasiyası da 31 avqust 2021-ci ildə geridə qalan yüzlərlə ABŞ vətəndaşını, milyonlarla dollar dəyərində texnika, silah və ABŞ ilə əməkdaşlıq etmiş minlərlə əfqanı tərk edərək geri çəkilmə prosesini tamamladı. Beləliklə, ABŞ-ın ən uzun müharibəsi fiasko ilə başa çatdı.
ABŞ prezidenti Bayden 26 avqust 2022-ci il tarixli bəyanatında işğal zamanı ümumilikdə 2261 ABŞ əsgərinin həyatını itirdiyini bildirib.