Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
15:06 | 22 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 346 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Ölkəmizdə “Gürcüstanı tam işğal edək” deyə bir sorğu keçirsəniz, əminəm ki, 99 faiz “yox” cavabı verər.
Zəngəzur, Göyçə kimi Qərbi Azərbaycan ərazilərini istəyənlər isə çoxdur – bu da başa düşüləndir. Əsli oradan olan, ora həsrət qalan milyonlarla vətəndaş var. Amma bizə tarixi, mədəni və etnik baxımdan bağlı olmayan ərazilərin işğalını dəstəkləyən tapmaq çətindir.
Güney Azərbaycanın birləşməsini istəyənlər də çoxdur – bu, milli birlik ideyasıdır. Amma məsələn, Əfqanıstan kimi coğrafiyalara sahib çıxmaq istəyi bizdə yoxdur. Halbuki həmin torpaqlar bir zamanlar Səfəvi dövlətinə daxil idi.
Bu da onu göstərir ki, xalqımızın əksəriyyəti münaqişə yox, sülh və rifah istəyir. Avropa modeli, hüququn üstünlüyü və sabitlik – istiqamət budur. Xalqımızın getdiyi yol çox ləng, çətin olsa da məqsəd doğrudur. Nə zamansa gedib hədəfinə çatacaq.
Türkiyədə isə vəziyyət fərqlidir. Xalqın böyük hissəsi Osmanlı ideyasını dəstəkləyir. Bu isə faktiki olaraq Əlcəzair, Misir, İsrail, Balkanlar, Ərəbistan kimi ərazilərin işğalını arzulamaq deməkdir. Bu, sadəcə istək yox, bəzən tələblə ifadə olunur və milyonlarla insan bu fikirdədir.
Əgər Mosul, Türkmən dağı kimi türk əhalisi olan bölgələrlə birləşmək istəyi olsa, bunu anlayışla qarşılamaq olar. Bunlar Sudan terrorçuları ilə eyni ölkədə yaşamağı arzulayırlar. Liviyadakı insan alverçiləri, baş kəsənlər Türkiyə bayrağı qaldıranda sevinirlərki, Osmanlı qurulacaq.
Bütün bunlar göstərir ki, Türkiyə cəmiyyətində tarixi keçmişlə bağlı ciddi təfəkkür problemi var. İmperial romantizmi hələ də bir çoxlarının siyasi baxışını formalaşdırır. Bu romantik “Osmanlı nostaljisi” Türkiyəni inkişafdan saxlayır. Xalqın çox hissəsi çağdaş problemləri həll etmək əvəzinə, tarixdə ilişib qalır.
Tarixlə qürur duymaq başqa şeydir, tarixin yükünü daşımaq – tamam başqa.