vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Türkiyədə susuzluq həyəcanı 07:19 | 28 avqust 2025 | Cümə axşamı Məqaləyə 43 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə susuzluq həyəcanı

Tarladan süfrəyə qiymətlər artacaq

Xalidə BAKILI
Vaxt.az təhlil edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə barajların sürətlə boşalması və göllərin çəkilməsi kənd təsərrüfatı istehsalını təhdid edir. Mütəxəssislər quraqlığın ərzaq təklifini daraltdığını və qiymətləri yüksəldəcəyini vurğulayır.

Çorumun Alaca rayonunda təsərrüfatla məşğul olan Ümid Aydoğan quraqlığın tarlalardakı təsirini belə izah edir: “Buğda, günəbaxan və noxuddan heç bir məhsul ala bilmirik. Keçən ilə nisbətən məhsulumuz yarıya düşüb. Xərclərimiz 100% artıb, amma məhsulumuz yalnız 30% civarında dəyər qazanır. Bu, bizi zərərə salır”.

Aydoğan gələcək üçün narahat olduğunu, arzuladığı toxumu səpə bilmədiyini, gübrəni ala bilmədiyini və baxımı həyata keçirə bilmədiyini bildirir. Hava normal olsa belə, həm məhsul, həm də keyfiyyətin düşdüyünü deyir. Onun sözlərinə görə, bu ilki kimi bir vəziyyət təkrarlansa, fermer tamamilə batacaq.

Aydoğan dövlət dəstəyinin vaxtında verilməməsinə də etiraz edir: “Vaxtında verilməyən pul dəstək sayılmır. Fermer ya bankdan, ya kooperativdən, ya da pulbazdan borc alır, borcla əkin edir”.

 

Quraqlıq kənd təsərrüfatını vurdu

 

Türkiyənin hər yerində yağışların azalması barajların doluluq səviyyəsini kritik həddə endirib. Bursa içməli su mənbələrindən Nilüfər Barajı tamamilə quruyub, Doğancı Barajının doluluq səviyyəsi isə 19%-ə qədər düşüb.

İzmirdə isə Taxtalı Barajında su səviyyəsi 7%-dən aşağı enib. Ölkə üzrə barajların doluluq səviyyəsi 42%-ə düşüb; ötən il eyni dövrdə bu göstərici 53% idi.

Təhlükə yalnız barajlarla məhdudlaşmayıb. Burdur gölü və Ağşəhər Gölü kimi sahələr son illərdə sürətlə çəkilib, bəzi göllər tamamilə quruyub.

 

Fəlakətlər zəncirvarı təsir göstərir

 

Türkiyə Mühəndis və Memar Odaları Birliyi (TMMOB) Ziraat Mühəndisləri Odası İdarə Heyəti sədri Baki Rəmzi Suiçməz bildirir ki, kənd təsərrüfatı təbiətə bağlı strateji sahədir.

Suiçmezə görə, quraqlıq, don, dolu, sel və fırtına kimi təbii fəlakətlər, həmçinin zəlzələ və yanğınlar da tarlalarda, bağlarda və istixanalarda istehsala mənfi təsir göstərir. “Bu proses yalnız fermeri deyil, istehlakçını və ixracatçını da zəncirvarı şəkildə təsir edir.”

O, əlavə edir ki, məhsul sahələrində zərər, torpaq strukturlarında pozulma, su mənbələrinin azalması, buna bağlı məhsul və keyfiyyət itkisi baş verir; bu da istehsalçı gəlirini azaldır və istehsaldan imtina etmələri sürətləndirir. “Təklif çatışmazlığı yarananda milli ərzaq təklifi daralır, qiymətlər yüksəlir və sağlam qidaya çıxış çətinləşir.”

 

Əkinçilikdə azalma

 

Türkiyə Statistika İdarəsinin (TÜİK) bu il üçün ilk əkinçilik məhsulu proqnozları may ayında açıqlanıb. Məlumatlar quraqlığın təsirini rəsmi rəqəmlərə də əks etdirir.

Taxıllar və digər bitki məhsullarında istehsalın əvvəlki ilə nisbətən 4,1% azalacağı, tərəvəz istehsalında 1,7%, meyvə, içki və ədviyyat bitkilərində isə 24,4% azalma proqnozlaşdırılır.

Buğda 5,8%, arpa 8%, yulaf 23,1% azalacaq. Kartofda 13%, fındıqda 27,5%, Antep fıstığında 54,6%, almada 38,7%, gilasda 55,7%, üzümdə 18,6% və ərikdə ciddi azalmalar gözlənilir. Məhsuldarlığı artacaq bir neçə məhsul arasında isə qarğıdalı və günəbaxan yer alır.

 

Konkret tədbirlər sürətlə həyata keçirilməlidir

 

Suiçməz bildirir ki, bu vəziyyət qarşısında kənd təsərrüfatı siyasətində ciddi struktur dəyişiklikləri vacibdir. Əkinçilikdə Quraqlıqla Mübarizə Strategiyası və Fəaliyyət Planı kağız üzərində qalmamalıdır, Dövlət Su İşlərinin infrastruktur yatırımları tamamlanmalı, müasir suvarma sistemlərinə keçilməli, quraqlığa və dona davamlı toxumlar yayılmalıdır.

Tarım sığortası sistemində də islahat tələb olunur. Suiçməz xərcləri və zərər qiymətləndirməsindəki problemlərin həll edilməli olduğunu, sığortanın dövlət dəstəyi ilə yayılması lazım olduğunu bildirir. Onun sözlərinə görə, istehsalçının iqlim risklərinə qarşı tək başına dayanması mümkün deyil; dövlətin fəlakət öncəsi, anında və sonrasında sistemli dəstək mexanizmi qurması vacibdir.

 

“Su mənbələrinin qorunması həyati əhəmiyyətlidir”

 

Türkiyə Ziraat Odaları Birliyi (TZOB) sədri Şəmsi Bayraqdar quraqlıqla birlikdə çirklənmə təzyiqinə diqqət çəkir.

Şəmsi Bayraqdar Mudurnu çayında fabrik tullantıları səbəbindən heyvanların zəhərləndiyini və kənd təsərrüfatı torpaqlarının çirkləndiyini xatırladıb. Aparılan tədqiqatlar nəticəsində su çirkliliyinin 81 vilayətin 75-də önəmli və ya prioritet problem olduğu aşkar edilib. Bayraqdar təbiəti çirkləndirənlərə ağır cəzalar və çəkindirici tədbirlər tətbiq edilməsini tövsiyə edir.

 

Ərzaq inflyasiyası artım təzyiqi altındadır

 

Türkiyə Statistika İdarəsinin (TÜİK) 2025-ci ilin iyul məlumatlarına görə, ərzaq və spirtsiz içki qrupunda illik inflyasiya 27,95% olub. Bu göstərici may və iyun aylarında 30,2% ikən iyulda az miqdarda azalma olub. Amma qiymətlər hələ də yüksəkdir.

Müstəqil inflyasiya araşdırma qrupu (ENAG) isə ərzaq qiymətlərində illik artımı 65,15% hesablayıb. Bu rəqəm TÜİK-in açıqladığı göstəricinin təxminən iki qatıdır və ərzaq inflyasiyasında hiss olunan yükün rəsmi rəqəmlərdən çox daha yüksək olduğunu göstərir.

 

Qlobal səviyyədə qiymətlər artım istiqamətindədir

 

Birləşmiş Millətlər Təşkilatı Qida və Kənd Təsərrüfatı Təşkilatına (FAO) görə, ərzaq qiymət indeksi iyulda 130,1-ə qalxaraq 2023-cü ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb. İndeks aylıq 1,6%, illik isə 7,6% artıb. Türkiyədəki artım isə dünya orta səviyyəsindən xeyli yüksəkdir.

Türkiyə Mərkəzi Bank da ilin üçüncü İnflyasiya Hesabatında ərzaq qiymətlərinə diqqət çəkib. Bank qiymətlərin inflyasiya görünüşündə yuxarı risk yaratdığını, quraqlıq və təklif şoklarının ərzaq inflyasiyasını yüksək saxlayacağını vurğulayıb.

İqtisadçı Oğuz Dəmir son 4-5 ildə artan girdi xərcləri və istehsaldakı daralmanın ərzaq qiymətlərində rekord artımlara səbəb olduğunu bildirir. Inflyasiyadakı son enişdə qidada yavaşlamanın təsirli olduğunu deyir. Amma iqlim şoklarının payız üçün ciddi xəbərdarlıq verdiyini əlavə edir: “Əvvəl donvurma, sonra isə quraqlıq və susuzluq payız üçün ciddi həyəcan siqnalı verir”.

 

“Sentyabrdan sonra artım sürətlənə bilər”

 

Dəmirə görə, kənd təsərrüfatı qacanc qiymətlərinin artım sürətinin yavaşlaması müəyyən qədər rahatlama təmin etsə də, təklif problemləri qiymətlərə təzyiq göstərir.

“TÜİK-ə görə, Kənd Təsərrüfatı Qazanc Qiymət İndeksi 33,88%-ə düşsə də, istehsalçıdan xərc qiymətləri ilin əvvəlindən bəri 30% civarında idi. İyunda 50%-i gördükdən sonra iyulda 44,32%-yə gəldi. Burada da təklif probleminin təzyiq yaratdığını görürük”.

O vurğulayır ki, bu yaz don bəzi məhsullarda öz təsirini göstərib və əlavə edir: “Təəssüf ki, qarşıdakı payız və qış mövsümündə quraqlığın təsirini geniş şəkildə hiss edəcəyik. Sentyabrdan sonra ərzaq qiymətlərində sürətlənmə görmək çox mümkündür.”

 

“Xəbərdarlıq vacibdir, amma kifayət deyil”

 

Baki Rəmzi Suiçməzə görə, Mərkəzi Bankın son inflyasiya hesabatında donvurma və quraqlığın ərzaq qiymətlərinə təsirinə toxunması vacib xəbərdarlıqdır. Amma bu təkcə kifayət deyil: konkret siyasət, iqtisadi və texniki tədbirlər həyata keçirilmədikcə kənd təsərrüfatındakı mənfi gedişat davam edəcək.

Suiçməz vurğulayır ki, qiymət təzyiqini azaltmaq üçün istehsalı ayaqda saxlamaq vacibdir; dizel, toxum, gübrə, suvarma suyu və elektrik kimi xərcləri dəstək artırılmalı və vaxtında ödənilməlidir; alım qiymətləri xərclərin altında qalmamalıdır. Quraqlıq, don və dolu kimi fəlakətlərə qarşı əlavə iqtisadi və texniki dəstək proqramları dərhal tətbiq edilməlidir.