
30 faiz bahalaşdı
Səhər yeməklərinin vazkeçilməzinin qiymətlərində böyük artım
Səhər yeməklərinin vazkeçilməzinin qiymətlərində böyük artım
Qida təhlükəsizliyi mütəxəssislərindən kritik xəbərdarlıq
Məhsullar kiçilir, qiymətlər artır
Hava şəraiti Azərbaycan iqtisadiyyatına necə təsir etdi?
İranda ərzaq məhsulları hər saat bahalaşır
Britaniya hökumətinin çətin günləri
Narın qiyməti qane etmir
Torpaqların təyinatı haqqında yenidən düşünmək lazımdır
Fermerlərin yaxın vaxtlarda texnikaları sürücüsüz və uzaqdan idarə edəcək
Dünya ərzaq təhlükəsizliyi baxımından həddindən artıq çətin il yaşayır
Ekspert: “Kütlənin nəbzini ölçən işbazlar bu amillə gözəl oynayırlar”
“İstehsal olunur, qısa zamanda satılır, sonra ölkə idxaldan asılı qalır”
Ötən ay 100 milyon dollara yaxın qiymətdə məhsul idxal olunub
Yavaş qidalanmaqla həyat tərzini yaxşıya doğru dəyişmək mümkündür
İllik 2 faiz endirim, 8 000 manatadək zaminsiz...
Hər il dünya boyu istehsal olunan ərzağın 30 faizi tullanılır
Dünyadakı ərzaq böhranına səbəb ola biləcək başqa bir təhlükə meydana gəlib – məftil qurdları... Kartof kök yumrularının içindən keçərək məhsulları yararsız hala salan bu zərərli həşərat sürfələri fermerlərin gəlirlərini və istehlakçıların büdcəsini təhdid edir.
***
“Thecooldown.com”a görə, xüsusilə Avropa və Şimali Amerikanın kartof istehsal edən bölgələrində məftil qurdlarının populyasiyasının sürətlə artması narahatlıq doğurur.
Məsələn, Avstriyada fermerlər illik süfrəlik kartof istehsalının təxminən 10 faizini və ya 30.000 tonunu itirirlər. Bəzi sahələrdə zərər nisbəti 50 faizə qədər ola bilər. Böyük Britaniya və Kanadada da bu böcəklərin daha əvvəl rast gəlinmədiyi ərazilərə yayıldığı bildirilir.
Problemi daha da çətinləşdirən başqa bir amil xlorpirifos kimi ənənəvi insektisidlərin tədricən dayandırılmasıdır. Fermerlər bu vəziyyətə alternativ həll yolları axtarmağa başlayıblar.
“Potato News Today” redaktoru Luki Piters, "Məftil qurdları artıq müəyyən ərazilərlə məhdudlaşmır, o, yeni ərazilərə yayılır və təsiri artır. Bu, fermerlər üçün sürətlə böyüyən böhrandır", – deyib.
***
Məftil qurdlarının vurduğu zərər iqtisadi itkilərlə məhdudlaşmır. Bu zərərvericilər məhsulu məhv edir və bazara çıxarıla bilməyən məhsulları çoxaldır, fermerlərin gəlirlərini azaldır və istehlak qiymətlərini artırır.
Qlobal istiləşmə vəziyyəti daha da pisləşdirir. Temperaturun yüksəlməsi məftil qurdlarının həyat dövrünü uzadır, eyni zamanda azaldılmış əkin və örtük bitkilərinin istifadəsi kimi kənd təsərrüfatı üsulları bu zərərvericilər üçün ideal şərait yaradır.
Mütəxəssislərin fikrincə, tədbir görülməsə, məftil qurdlarının vurduğu zərər yaxın onillikdə 20-30 faiz arta bilər. Bu, gündəlik ərzaq məhsullarının qiymətinin sürətlə artmasına səbəb ola bilər.
Alimlər və fermerlər bu zərərvericiyə qarşı davamlı mübarizə üsulları üzərində işləyirlər. Məsələn, Avstriyada zərəri əhəmiyyətli dərəcədə azaltmaq üçün məftil qurdlarını yoluxduran və öldürən bir göbələk növündən tələ kimi istifadə olunur. Bildirilir ki, kartof sahələrinə bu kimi faydalı metodlar tətbiq etməklə zərəri 30 faizə qədər azaltmaq olar.
Əkin dövriyyəsi və torpağın monitorinqi kimi ağıllı əkinçilik üsulları da məftil qurdlarına nəzarət etmək üçün təsirli üsullardır. Bundan əlavə, məftil qurdlarına davamlı kartof sortlarının yaradılması ilə bağlı araşdırmaların perspektivli olduğu, lakin bunun xeyli vaxt aldığı bildirilir.