
Ən ziyansız hesab olunurdu
Vegetarian və pəhriz saxlayanların sevimli qidası idi
Vegetarian və pəhriz saxlayanların sevimli qidası idi
Qida təhlükəsizliyi mütəxəssislərindən kritik xəbərdarlıq
Kərə yağı supermarketlərdə kürü kimi lüks məhsullarla bir yerdə xüsusi qorunan rəflərdə saxlanılır
İnsanları bir araya gətirən vasitə
“Piştaxtaya gizli şəkildə çıxarırlır”
“ƏDV ilə alıb, ƏDV-siz satırıq”
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
İstehsalçılar istehlakçıları aldadırlar, yoxsa...
Kiloqramı 2000 manata olan super sağlam qida
Onda insanlar yalnız həftədə bir dəfə heyvani qidalar yemək qənaətinə gələcək
6 ay ərzində 199 nəfər brüselloza yoluxub
Süd məhsulları ilə bağlı tələblərin pozulması aşkar olunduqda ciddi tədbirlər görüləcək
Un məhsulları da həmçinin ...
... kənd səhər yeməyi menyüsü isə 12 manatdır
Süd məhsulları reseptlə deyil, gözəyarı hazırlanırmış
Almaniyada şokolad və kakao məhsullarının qiymətlərində də xeyli artım var. Səhər yeməyi süfrələrinin vazkeçilməzi olan kakaolu içkilər indi daha bahalaşıb. Kakaonun qiymətləri yüksəldikcə səhər ritualı bir çox ailələr üçün dəbdəbəyə çevrilir.
Həftəsonundan etibarən Almaniyanın bütün böyük supermarketləri kakao tozunun qiymətlərini xeyli artırıb. “Aldi Süd”, “Aldi Nord”, “Lidl”, “Norma” və “Rewe” marketlərində 400 qramlıq öz markalı kakao paketlərinin qiyməti 3,29 avrodan 4,29 avroya qalxıb. Bu, təxminən 30 faiz artım deməkdir. Qiymət artımı müxtəlif ərzaq şəbəkələrinin alıcı menecerləri tərəfindən təsdiqlənib.
Lakin elə ötən həftə “Aldi Süd” və “Aldi Nord” 30 adda ərzaq məhsulunun qiymətini aşağı salacaqlarını açıqlamışdı. Bütün digər böyük supermarketlər də bu endirimdə iştirak edib. Lakin kakao üçün bu müsbət atmosfer qısamüddətli oldu.
***
Uşaqdan böyüyə hər kəsin sevdiyi məhsul olan kakao içkiləri indi ciddi qiymət artımları ilə gündəmdədir. Üstəlik, təkcə içkilərin deyil, tərkibində kakao olan bütün məhsulların qiyməti artıb.
Ötən həftədən etibarən şokoladlı pudinq və qatıq məhsullarının qiymətləri də orta hesabla 20 faiz artıb.
Bir çox kakao istehsal edən rayonlarda fermerlər pis hava şəraiti ilə mübarizə aparır. Nəticədə məhsuldarlıq azalıb.
***
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, xam kakaonun qiyməti ötən illə müqayisədə 76,4 faiz artıb. Fevral ayında əvvəlki illə müqayisədə kakao yağı və ekstraktlarının qiyməti 119,4 faiz artıb.
Bundan başqa, şokolad və digər kakaolu qənnadı məmulatlarının qiyməti 34,7 faiz artıb.