
Mükəmməl şokolad
Tədqiqatçılar fermantasiya prosesini kəşf etdi
Tədqiqatçılar fermantasiya prosesini kəşf etdi
Fransanın ən ucuz kababçısı bağlandı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Çəki azalıb, qiymət bahalaşıb
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Mütəxəssislər Dubay şokoladı üçün yeni xəbərdarlıq ediblər
ABŞ-da dadlandırıcılar və inqridiyentlər əlavə olunmuş qidalara etiket vurula bilər
Zəhərli Pasxa şokoladı ölümə səbəb oldu
Dubay şokoladı bütün anbarların boşalmasına səbəb olub
Səhər yeməklərinin vazkeçilməzinin qiymətlərində böyük artım
Mağazalarda satışdan çıxarılıb
(hekayə)
Şirniyyata verilən formaları insan əli etmək mümkün deyil
ABŞ-da 1150 dollara olan Azərbaycanda 11 manatdır
Fransadakı istehlakçı təşkilatı “UFC-Que Choisir”, avqustun 21-də açıqladığı araşdırmada şokolad və kakao əsaslı məhsullarda ciddi səviyyədə kadmiyum aşkarladığını bildirdi. Təşkilat, xüsusilə uşaqların istehlakında diqqətli olunmasını tövsiyə edir.
Araşdırmaya görə, bir gündə iki şokoladlı biskvit, bir kasa “Chocapic” və bir fincan isti şokolad qəbul edən 10 yaşlı uşaq, gündəlik təhlükəsiz qəbul limitinin yarısına çatır.
Sağlamlığa təsirləri
Fransa Qida, Ətraf Mühit və İş Sağlamlığı Təhlükəsizliyi Agentliyi (Agence nationale de sécurité sanitaire de l’alimentation, de l’environnement et du travail – ANSES) kadmiyum üçün təhlükəsiz qəbul səviyyəsini bədən çəkisinin hər kilosu üçün gündə 0,35 mikroqram olaraq müəyyən edib. Kadmiyumun bədəndə toplanaraq uzun müddət ərzində böyrək zədələrinə, ürək-damar xəstəliklərinə və xərçəngə səbəb ola biləcəyi vurğulanır.
Orqanik şokoladda daha yüksək səviyyələr
“UFC-Que Choisir” kadmiyum səviyyələrinin orqanik şokoladda daha yüksək ola biləcəyini də qeyd edib. Xüsusilə Latın Amerikası mənşəli kakao lobyaçılarında kadmiyumun təbii olaraq daha çox olduğu bildirilir. Təşkilat, mümkün olduqda Latın Amerikası xaricindən tədarük edilən orqanik şokoladların seçilməsini tövsiyə edir.
İstehsalçıların açıqlaması
“Bjorg” və “Poulain” markaları təşkilatın analizlərini təsdiqləyərkən, “Nestlé” kadmiyumun məhsula əlavə olunmadığını, yalnız bəzi xammallarda təbii olaraq “iz səviyyəsində” mövcud ola biləcəyini bildirib.
ANSES-in ilin sonunda kadmiyuma məruz qalmanı daha əhatəli qiymətləndirən yeni bir hesabat yayımlaması gözlənilir. Bu hesabatla birlikdə, ictimai sağlamlığı qorumaq üçün yeni tədbirlər gündəmə gələ bilər.