
“Azad xalqlar üçün qaranlıq bir gün”
Qlobal bazarlarda ABŞ-AB anlaşmasına reaksiya
Qlobal bazarlarda ABŞ-AB anlaşmasına reaksiya
«Elə həyət var 10 ton məhsul götürür»
«Elə həyət var 10 ton məhsul götürür»
«Elə həyət var 10 ton məhsul götürür»
«Elə həyət var 10 ton məhsul götürür»
Avropa Komissiyası, “kivi istehlakının ifraz tezliyini artıraraq normal bağırsaq funksiyasına töhfə verdiyi” yönündəki rəsmi sağlamlıq iddiasını təsdiqlədi. Sadə dillə desək: kivi tualetə getməyi asanlaşdırır.
Bu təsdiq, kivini Avropa Birliyi (AB) tərəfindən sağlamlıq
faydaları üçün rəsmi iddia haqqı tanınan ilk təzə meyvə etdi. AB-nin bu mövzudakı
araşdırma prosesi sərtliyi ilə tanınır.
Quru gavalı kənara çəkilsin, yeni bağırsaq dostu səhnədədir.
Qida istehsalçıları, Komissiyadan xüsusi icazə almadıqca qida ilə sağlamlıq arasındakı əlaqə barədə rəsmi açıqlama edə bilməz. Son 5 ildə cəmi 3 sağlamlıq iddiası qəbul edilib və müraciətlərin 8-də 1-i belə Avropa Qida Təhlükəsizliyi Agentliyi (European Food Safety Authority – EFSA)-nın elmi testlərindən keçə bilmir.
Qərar, dünyanın ən böyük kivi satıcısı olan, qlobal ticarətin təxminən üçdə birini əlində saxlayan Yeni Zelandiya mərkəzli “Zespri International Limited” şirkətinin müraciətindən sonra verildi.
Təsdiq, gündə 2 kivi (təxminən 200 qram) istehlak etməyin bağırsaq hərəkətlərini nizamlı saxladığını göstərən 15 ildən artıq araşdırmaya əsaslanır.
AB-dən təsdiq almaq asan deyil
Brüsseldən sağlamlıq iddiası keçirmək düşündüyün qədər sadə deyil. Qaydalar istehlakçını aldadıcı vədlərdən qorumaq üçün sərtdir. Bütün iddialar elmi sübutlarla dəstəklənməli, aydın və yanıltmayan formada təqdim olunmalıdır.
Daha əvvəl təsdiqlənmiş bəzi tanış iddialara “kalsium uşaqlarda normal sümük böyüməsi və inkişafı üçün zəruridir” və “C vitamini immunitet sisteminin normal fəaliyyətini davam etdirməsinə kömək edir” ifadələri daxildir.
Lakin hər kəs masa arxasında yer tapa bilmir. Probiyotiklər hələ də rəsmi tanıtım ala bilməyib. EFSA, sübutları kifayət qədər güclü hesab etmədiyi üçün qatıq istehsalçıları qablaşdırmalarında “bağırsaq sağlamlığına yaxşı təsir edir” yaza bilmir; yalnız laktoz həzminə kömək edən qatıq mədəniyyətləri üçün xüsusi icazə mövcuddur. Buna görə AB marketlərində “probiyotik” əvəzinə “canlı mədəniyyətlər” ifadəsi işlədilir.
Bitki mənşəli məhsullar da oxşar qeyri-müəyyənlikdədir. EFSA 2010-cu ildən bu qiymətləndirmələri dayandırıb, lakin 2008-dən əvvəl edilmiş bəzi müraciətlər müəyyən şərtlərdə hələ də istifadə oluna bilir.
Kivi fərq yaratdı
Kivi isə siyahıya daxil ola bildi. EFSA-nın 2021-ci il tarixli rəyi, kivi istehlakı ilə normal bağırsaq nizamı arasında real səbəb-nəticə əlaqəsi olduğunu təsdiqlədi.
İfadə üzərində aparılan müzakirələrdən sonra AB, “ifraz tezliyini artırma” ifadəsi ilə istehlakçı dostu bir dilə qərar verdi.
Zespri şirkətinin baş direktoru Ceyson Te Breyk (Jason Te Brake), bunun dönüş nöqtəsi olduğunu bildirdi:
“AB Komissiyasının kivinin həzm sağlamlığındakı rolunu tanıması, kivinin xeyirləri ilə insanlara fayda vermə yollarımızdan birini əks etdirir”.
Kivini “tualetə çıxmanı asanlaşdıran meyvə” kimi tanıtmaq bəlkə də ən cazibədar şüar deyil, amma şübhəsiz ki, təsirlidir.