Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:19 | 12 sentyabr 2025 | Cümə
Məqaləyə 910 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Fransa Prezidenti Emmanuel Makron, Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanını pozmasının ardından bu ölkə üzərindəki NATO hava müdafiəsini gücləndirmək məqsədilə Fransız “Rafale” döyüş təyyarələrini göndərəcəyini açıqlayıb. Makron “X” sosial media hesabından paylaşım edərək Polşanın hava məkanının qorunması məsələsində NATO Baş Katibi Mark Rutte, Böyük Britaniya Baş Naziri Keir Starmer və Polşa Baş Naziri Donald Tusk ilə görüşdüyünü bildirib.
Makron qitə təhlükəsizliyinin mütləq prioritet olduğunu vurğulayaraq, “Rusiya tərəfindən Polşaya yönəlmiş PUA hücumlarından sonra NATO müttəfiqlərimizlə birlikdə Polşa hava məkanının və Avropanın şərq hissəsinin qorunmasına töhfə vermək üçün 3 “Rafale” döyüş təyyarəsini yerləşdirməyə qərar verdim”, – deyib
Eyni zamanda, Polşa şərq sərhədlərində hava hərəkətinə məhdudiyyətlər tətbiq edib. Polşa Silahlı Qüvvələrinin Hərəkət Komandanlığı “X” sosial media platformasında açıqlama verərək, “Dövlətin təhlükəsizliyini təmin etmək məqsədilə 10 Sentyabr – 9 Dekabr tarixləri arasında Polşanın şərq hissəsində məhdud zonada hava hərəkətinə məhdudiyyət tətbiq edilib”.
Polşa sentyabrın 10-da Ukraynadakı hədəflərə Rusiya tərəfindən təşkil edilmiş hücumlar zamanı hava məkanını dəfələrlə pozan xeyli PUA-nın vurduğunu açıqlamışdı. Rusiya Müdafiə Nazirliyi isə Ukraynadakı hərbi hədəflərə intensiv hücumlar təşkil edildiyini, Polşadakı obyektlərin isə bu hücumlarda hədəf alınmadığını bildirib.