vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 17 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
KULİNARİYA  
Allergiya riski var 20:12 | 17 iyun 2025 | Çərşənbə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Allergiya riski var

Mütəxəssislər Dubay şokoladı üçün yeni xəbərdarlıq ediblər

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya Qida Standartları Agentliyi (FSA) istehlakçılara son vaxtlar getdikcə populyarlaşan “Dubay şokoladı” kimi tanınan bəzi püstə ilə doldurulmuş şokolad məhsulları barədə xəbərdarlıq edib. Agentlik xaricdən gətirilən bəzi şokoladların düzgün etiketlənmədiyini və tərkibində allergen riski yaradan maddələrin olduğunu açıqlayıb.

FSA tərəfindən aparılan yoxlamalar zamanı bəzi məhsulların Böyük Britaniyanın qida təhlükəsizliyi standartlarına uyğun olmadığı və qanunla tələb olunan allergen məlumatlarının verilmədiyi müəyyən edilib. Bu, xüsusilə allergiyası olan insanlar üçün ciddi sağlamlıq riski yaradır.

FSA-nın baş elmi müşaviri, Robin Mey, "Böyük Britaniyada qidaların böyük əksəriyyəti təhlükəsizdir. Bununla belə, bəzi Dubay tipli şokoladlar bizim standartlara uyğun gəlmir və istehlakçılar üçün risk yarada bilər", – deyərək xəbərdarlıq edən May həmçinin istehlakçılara supermarketlər kimi etibarlı mağazalardan alış-veriş etməyi tövsiyə edib.

Dubay şokoladı ilk dəfə 2021-ci ildə Dubayda yaşayan Britaniya-Misir sahibkar Sarah Hamouda tərəfindən istehsal edilib. Püstə kremi, tahin və şərbətlə isladılmış xırdalanmış buğda ilə doldurulmuş desert tez bir zamanda hit oldu.

FSA sözügedən məhsulların bazardan çıxarılması üçün yerli hakimiyyət orqanları ilə işləyir və problemin əhatə dairəsini aydınlaşdırmaq üçün araşdırmalarını davam etdirir.