
Braziliyada siyasi fırtına
Prezident Lula ABŞ-ın sanksiyalarını dəstəkləyənləri vətən xaini adlandırdı
Prezident Lula ABŞ-ın sanksiyalarını dəstəkləyənləri vətən xaini adlandırdı
Braziliya İEA-ya tam üzvlük üçün rəsmi müraciət edib
Çin-Braziliya nikel anlaşmasına ABŞ-ın “müdaxilə” etməsini istəyir
Dünyanın ən yaşlı insanı doğum gününü qeyd etdi
7 yaralı var, 9 nəfər isə itkin düşüb
Lula da Silva DTT-yə tarif narazılığını bildirib
Braziliya lideri Lula: “ABŞ sanksiyalarına BRICS-lə cavab verəcəyik”
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
ABŞ-lı senator Lindsi Qraham Rusiyadan neft alan Çin, Hindistan və Braziliyanı 100 faiz gömrük vergisi ilə hədələdi
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
... İran BRİCS sammitində ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib
Səbəbini öyrənənlər qəzəbləndilər
... 10 saat ayrılığa dözmədilər
Braziliyadakı yerli xalqlar torpaq hüquqları və iqlim tədbirləri tələb edirlər
ABŞ quş qripi ilə mübarizə üçün 100 milyon dollar büdcə ayırır
Braziliyanın Maranhao əyalətində baş verən faciəvi hadisədə qısqanclıq zəminində ona göndərildiyi iddia edilən zəhərli şokoladlar nəticəsində uşaq həyatını itirib. Yeddi yaşlı Luis Fernando anası Mirian Lira və 13 yaşlı bacısı ilə kuryer tərəfindən çatdırılan Pasxa şokoladlarını yeyib. Qızıl qaşıq və “Sevgilərlə, Mirian Lira. Pasxa bayramınız mübarək!!!” Notla birlikdə gələn pudinq dolu şokoladlar zahirən zərərsiz görünüb. Lakin tezliklə hər üç şəxsdə zəhərlənmə əlamətləri göründü.
Luis Fernando dərhal xəstəxanaya aparılıb və intubasiya edilib, lakin həkimlər onu xilas edə bilməyiblər. Eyni şokoladı yeyən anası və böyük bacısı da oxşar simptomlarla – əllərində göyərmə və nəfəs darlığı ilə xəstəxanaya aparıldı. Xəstələrdən hər ikisi uzun sürən səydən sonra sağ qalıb.
***
Bəs bu ölümcül hədiyyəni kim göndərmişdi? Polis şübhəli şəxs qismində Mirian Liranın ərinin keçmiş ortağı, 35 yaşlı Jordelia Pereira Barbosanı müəyyən edib. Təhlükəsizlik kamerası görüntülərində zəhərli olduğu düşünülən dəbdəbəli Pasxa şokoladları alarkən Barbosa parik taxdığı əks olunub. Polis şübhəlinin evində bu parik, şokolad qalıqları, bəzi dərmanlar və avtobus biletləri tapıb.
Barbosa şəhərdən qaçmaq istəyərkən tutularaq nəzarətə götürülüb.
***
Hadisədən dərhal sonra Mirian Liraya gələn müəmmalı telefon zəngi şübhələri daha da gücləndirib. Ailənin dediyinə görə, telefonla danışan qadın şokoladların alınıb-almadığını soruşub, daha sonra “Tezliklə öyrənəcəksən” deyib və telefonu qoyub. Bu şəxsin Barbosa olub-olmadığı hələlik bəlli deyil.
***
Polis sözçüsü bildirib ki, ola bilsin ki, insident “həddindən artıq qısqanclıq” zəminində baş verib. İstintaq qrupu hesab edir ki, Barbosa keçmiş ortağının yeni ailəsinə zərər vermək məqsədi ilə şokoladı zəhərləmiş ola bilər. Hadisənin dəqiq təfərrüatları və toksikoloji nəticələri məhkəmə-tibb ekspertlərinin müayinəsindən sonra bəlli olacaq.