vaxtlı-vaxtında oxuyun! Cümə, 12 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
Keçmiş prezidentə 27 il həbs qərarı 07:44 | 12 sentyabr 2025 | Cümə Məqaləyə 123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçmiş prezidentə 27 il həbs qərarı

Məhkəməyə sədrlik edən 5 hakimin 4-ü ittihamı təsdiqləyib

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Braziliya Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Jair Bolsonaroya 2022-ci il seçkilərini uduzduqdan sonra çevriliş planı qurmaq ittihamı ilə 27 il 3 ay həbs cəzası verib. Ali Məhkəmənin Birinci Palatası Luiz İnasio Lula da Silvanın hökumətinə qarşı çevriliş cəhdində iştirak etdiyi üçün açılan iş üzrə Bolsonaronun günahkar olduğuna hökm edib.

Məhkəməyə sədrlik edən 5 hakimin 4-ü ittihamı təsdiqləyib və ifrat sağçı sabiq dövlət başçısını ağır cəzaya məhkum edib. Bolsonaro “zorakılıqla demokratik quruluşu devirməyə cəhd, çevriliş təşəbbüsündə iştirak, silahlı cinayət təşkilatına üzvlük və dövlətə məxsus qorunan irsə ziyan vurmaq” ittihamlarından təqsirli bilinib.

Yerli mediaya görə, məhkəmə sabiq prezidentlə yanaşı digər 7 təqsirləndirilənə də 2 ildən 26 ilə qədər dəyişən həbs cəzaları verib. Braziliya mediası qərarı “tarixi” kimi dəyərləndirib. Çünki ölkə tarixində ilk dəfə olaraq bir keçmiş dövlət başçısı demokratik institutlara qarşı törədilən cinayətlərə görə bu şəkildə məhkum edilib.

Ali Məhkəmənin Birinci Palatasının sədri Kristiano Zanin açıqlamasında təqsirləndirilən şəxslərə dair təqdim edilən sübutların əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, əldə olunan faktlar ittiham olunan şəxslərin demokratik hüquq dövlətini məhv etməyə çalışdıqlarını sübut edir: “Prokurorluq hierarxik quruluşa malik cinayət şəbəkəsini Bolsonaro hakimiyyətdə qalmaq məqsədilə bütün vasitələrdən istifadə etməyə hazır bir plan çərçivəsində təsvir etməyi bacardı”.

Məlumata görə, Bolsonaro cəzasını ev dustaqlığında, paytaxt Braziliyadakı yüksək təhlükəsizlikli həbsxanada xüsusi kamerada və ya hərbi qışlada çəkmək imkanı əldə edə bilər.