Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
00:27 | 11 iyul 2025 | Cümə
Məqaləyə 4536 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Moskvada keçirdiyi mətbuat konfransında ABŞ-la ikitərəfli münasibətləri və beynəlxalq gündəmdəki məsələləri şərh edib.
Son dövrlər “BRICS” ölkələrinə qarşı ritorikanı sərtləşdirən ABŞ Prezidenti Donald Trampın əlavə gömrük rüsumları təhdidinə Rusiya tərəfi cavab verib. Ryabkov bildirib ki, “Trampın ziddiyyətli mövqeləri işimizi çətinləşdirir. Amma ABŞ-ın təhdidləri cavabsız qalmayacaq”.
***
Ryabkovun sözlərinə görə, ABŞ ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair danışıqları təxirə salıb. “Bu, texniki fasilədir. Amma yaxın vaxtlarda üçüncü tur məsləhətləşmələrin tarixinin müəyyən olunmasını gözləyirik”, – deyə o qeyd edib. ABŞ-ın Rusiyaya yeni səfir təyin etməsi məsələsinin də qeyri-müəyyən qaldığını, tutulmuş şəxslərin dəyişdirilməsi mövzusunda da irəliləyiş olmadığını vurğulayıb.
ABŞ-da Rusiya diplomatik əmlakına əl qoyulmasını “qəbuledilməz” adlandıran Ryabkov, bu məsələ ilə bağlı təzyiqlərin davam etdiriləcəyini deyib. ABŞ-la birbaşa uçuşların bərpası təklifinə də hələlik heç bir reaksiya verilmədiyini bildirib.
Ryabkov qeyd edib ki, Trump administrasiyasının həm açıqlamaları, həm də addımları ziddiyyətlidir: “Bu, işimizi çətinləşdirir. Buna baxmayaraq, münasibətləri normallaşdırmaq istiqamətində davamlı şəkildə çalışırıq”.
***
Ryabkov, ABŞ Prezidenti Donald Trampın “BRICS” ölkələrinə və onların siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faiz gömrük rüsumu tətbiq etməklə təhdid etdiyini xatırladaraq, bu açıqlamaları yaxından izlədiklərini söyləyib. O vurğulayıb ki, “BRICS” heç bir halda ABŞ-a qarşı qurum deyil və bu cür təhdidlərin nəticə verməyəcəyi aydındır.
“Bu məsələ sakit və qarşılıqlı dialoq yolu ilə həll edilməlidir. ABŞ tərəfini də buna çağırırıq”, – deyə Ryabkov əlavə edib.
***
İngiltərə və Fransa arasında nüvə sahəsində əməkdaşlığın gücləndiriləcəyi ehtimallarını şərh edən Ryabkov, bu potensialın Rusiya tərəfindən həm siyasi, həm də hərbi planlamalarda nəzərə alınacağını bildirib. “Bu əməkdaşlığın Rusiya əleyhinə yönəldiyi aydındır”, – deyə o bildirib.
İranla bağlı vəziyyətə toxunan Ryabkov, Tehranın zənginləşdirilmiş uran ehtiyatlarının Rusiyada işlənərək nüvə elektrik stansiyalarında istifadə olunması üçün rəsmi təklif göndərdiklərini bildirib. Bu prosesin BMT-nin Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi (UAEA) vasitəsilə həyata keçirilməsinə dair müzakirələrin davam etdiyini də əlavə edib.