
Həftədə 48 saatlıq iş
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Qlobal bazarlarda taxıl, süd ucuzlaşıb, ət, şəkər bitki yağları bahalaşıb
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Türkiyə məhsulu kanserogen maddə səbəbindən geri çağırıldı
Leipzigə məcburi eniş
Avropada zeytun yağının keyfiyyəti aşağı düşdü, qiymətlər “uçdu”...
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Yağ, süd, yumurta, ət məhsullarında heksan zəhərli maddəsi tapılıb
“Pom-Bär” məhsulları geri çağırılıb
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
Almaniyada qida məqsədilə istifadə olunan bitki yağları yoxlanılıb, nəticələr isə narahatlıq doğurur. Testə cəlb edilən 50 məhsuldan 31-i tərkibində sağlamlığa zərərli mineral yağ qalıqlarına görə testdən keçə bilməyib. Siyahıda tanınmış markalar da var.
“Öko-Test” adlı istehlakçı dərgisi, 2025-ci ilin iyul sayında supermarket və endirimli marketlərdə satılan 50 fərqli yeməklik yağını analiz edib. Məqsəd, insan sağlamlığı üçün təhlükəli ola biləcək mineral yağ tərkiblərini aşkara çıxarmaq olub.
Ən yaxşı nəticəni balqabaq tumu yağı verdi
Testdə hər kateqoriyadan 10 məhsul yoxlanılıb: qoz yağı, yerfındığı yağı, balqabaq tumu yağı, çətənə yağı və küncüt yağı. Cəmi 5 məhsul “çox yaxşı” qiyməti alıb. 30 məhsul “zəif” qiymətləndirilib.
Ən yaxşı nəticə balqabaq tumu yağlarında olub – 10 məhsuldan 6-sı yüksək qiymət alıb.
Ən zəif nəticə isə çətənə yağlarına aiddir – 10 məhsuldan 9-u testdən keçə bilməyib.
Həm qiymət, həm də keyfiyyətə görə ən yaxşı məhsul, 100 ml-i 1,20 avroya satılan “Rewe Bio” təbii küncüt yağı seçilib.
İki məhsulda yüksək miqdarda təhlükəli maddə tapılıb
Ən çox MOAH (aromatik mineral yağ karbohidrogenləri) aşkar edilən məhsul Mazola markasına məxsus “Peter Kölln” yerfındığı yağı olub. Bu maddələr kanserogen (xərçəngtörədici) xüsusiyyətə malikdir və tapılan miqdar Avropa Komissiyasının təklif etdiyi həddi aşır.
“Rewe” markasının Bio balqabaq tumu yağında isə yüksək səviyyədə “MOSH” (doymuş mineral yağ karbohidrogenləri) tapılıb. Ölçülən dəyər qəbul edilmiş normadan 6 dəfə artıq olub. Şirkət, test nəticələrindən sonra bu partiyanı satışdan geri çəkdiyini açıqlayıb. “MOSH” maddələri bədəndə toplanaraq uzun müddətdə sağlamlıq problemlərinə yol aça bilər.
Bahalı məhsullar da təhlükəsiz deyil
Yağların qiymətləri son illərdə sürətlə artsa da, yüksək qiymət sağlamlıq baxımından zəmanət vermir. Testdə yer alan ən bahalı məhsul, 100 ml-i 6,49 avroya satılan “Byodo” markalı ekoloji qoz yağı olub. Orqanik sertifikata malik olsa da, tərkibində yüksək miqdarda mineral yağ aşkarlanıb və “zəif” qiymət alıb.
Mütəxəssislərə görə, bu mineral yağlar istehsal zamanı istifadə olunan avadanlıqdan və ya qablaşdırmadan məhsula keçə bilər.
Yalnız yüksək qiymət və ya “orqanik” etiketi məhsulun sağlamlıq üçün təhlükəsiz olduğunu göstərmir.