
Kanserogen maddələr beş dəfə artıq olub
Avropada satılan zeytun yağında plastik və neft zərrəcikləri aşkar edilib
Avropada satılan zeytun yağında plastik və neft zərrəcikləri aşkar edilib
Bakı küçələrinə səpələnən xəzinə...
Bakı küçələrinə səpələnən xəzinə...
Bakı küçələrinə səpələnən xəzinə...
Bakı küçələrinə səpələnən xəzinə...
Sağlam qidalanmanın təməl daşlarından biri olan zeytun yağı Avropa bazarında böyük keyfiyyət fərqləri göstərir. Lakin supermarketlərdə və endirimli marketlərdə onlarla müxtəlif brend və məhsullar arasında seçim etmək asan deyil. “Stiftung Warentest”in aprel tarixli test hesabatı alış-veriş qərarınızı istiqamətləndirə bilər.
“Stiftung Warentest” 23 fərqli zeytun yağını tədqiq edib. Bunlardan 19-u “süzmə zeytun yağı”, 4-ü isə “qızartmalıq zeytun yağ” kateqoriyasında idi. Testə “Bertolli”, “Filippo Berio” və “La Española” kimi tanınmış brendlər daxil edilmişdi. Dad, qoxu, inqrediyentlər və zərərli maddələr nisbətləri əsas qiymətləndirmə meyarları olub. Qablaşdırmadan istifadə və məhsul etiketləri də qiymətləndirilirdi.
***
Testin qalibi yalnız iki məhsul oldu: “Cosmo di Russo Caieta Olio extra vergine di oliva” (İtaliya). Bir litrin qiyməti: 46 avro, “Rapunzel Kreta Olivenöl” yerli əlavə (Krit). Bir litrin qiyməti: 34 avro.
Hər iki yağ fərqli acılığı və meyvəli dadı ilə seçilirdi. Lakin bu keyfiyyət qiymətlərdə də özünü göstərirdi; testdə ən bahalı məhsullar da ən uğurlu olub.
Supermarket zeytun yağları isə testdə qarışıq nəticələr aldı. “Aldi Gut Bio Natives Olivenöl extra” və “Aldi Cantinelle Natives Olivenöl extra” orta və ya “befriedigend” reytinqi aldı. “Lidl” və “Rewe” markaları da oxşar şəkildə qiymətləndirilib.
Bununla belə, “Edeka” və “Kaufland” məhsulları testin sonunda “mangelhaft” və ya “zəif” reytinqini aldı. “Edeka Gut & Günstig Natives Olivenöl extra”, “Kaufland K-Bio Natives Olivenöl extra” və “Kaufland K-Classic Natives Olivenöl extra” kimi məhsulların dequstasiya zamanı acılaşmış və ya “ranzig” olduğu müəyyən edilib. Tənqidlərdən sonra “Edeka” və “Kaufland” bu məhsulların satışının dayandırılacağını açıqladı.
***
Zeytun yağlarının ümumi keyfiyyəti 2022-ci illə müqayisədə ciddi şəkildə aşağı düşüb. Həmin il sınaqdan keçirilən məhsulların üçdə ikisi “yaxşı” qiymət alsa da, bu il yalnız dörd məhsul uğurlu olub. Bu azalmanın əsas səbəbi son iki yay mövsümünün ekstremal hava şəraiti və bunun nəticəsində məhsul itkisidir.
Eyni zamanda qiymətlər də xeyli artıb. 2022-ci ildə litrin orta qiyməti 10,30 avro olduğu halda, 2024-cü il testində bu rəqəm 15,70 avroya yüksəlib. Bəzi məhsulların qiyməti təxminən iki dəfə artıb. Bu qiymət artımının əsas səbəbi istehsalın azalması və tələbatın artmasıdır.