vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 29 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AVROPA  
Avropada zeytun yağı təlaşı 12:09 | 29 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 89 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada zeytun yağı təlaşı

Türkiyə məhsulu kanserogen maddə səbəbindən geri çağırıldı

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada, kanserogen maddə aşkar edilən Türkiyə istehsalı “Kavak” markalı zeytun yağı dərhal mağazalardan geri çağırılıb. Fransa Qida Təhlükəsizliyi İdarəsi, məhsulun ictimai sağlamlıq üçün təhlükəli olduğunu bildirərək, mütləq istifadədən çəkinməyi tövsiyə edib.

Laboratoriya analizləri göstərib ki, məhsuldakı polisitlik aromatik hidrokarbon (PAH) miqdarı 13,7 mg/kg təşkil edir. Bu göstərici, Avropa Birliyinin qida məhsulları üçün müəyyən etdiyi maksimal 2 mg/kg limitinin təxminən altı qatıdır. Ekspertlər qeyd edir ki, PAH maddələri uzun müddətdə xərçəng riski yaradan ən təhlükəli kimyəvi birləşmələrdəndir.

Məhsulu əvvəllər alan istehlakçılara dərhal istifadəni dayandırmaq və məhsulu geri qaytarmaq tövsiyə edilir.