
“Asan imza”nın inhisarçılığı başa çatdı
“Best Solutions”un kefinə soğan doğradılar
“Best Solutions”un kefinə soğan doğradılar
Ən faydalı və populyar mobil tətbiqlər hansılardır?
Nə şirkət, nə departament, nə də RİNN açıqlama vermir
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
Son zamanlaradək “ASAN İmza” sertifikatlarının verilməsilə bağlı statistikalarda ancaq artım gözə dəyirdi.
Xüsusilə də, SİMA rəqəmsal imzası Azərbaycanın identifikasiya bazarına daxil olandan sonra “ASAN İmza” sahibləri qısa zamanda bazarı daha çox ələ keçirmək üçün marketinq və reklama xeyli resurs ayırmışdılar. 2024-cü ildə də xeyli də “ASAN İmza” sertifikatı satmışdılar.
Amma artıq situasiya dəyişib.
Elə ötən günlər açıqlanan rəsmi məlumatlardan görmək olar ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 281 510 ədəd “ASAN İmza” sertifikatı verilib.
Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24% azalma deməkdir. İndiyədək belə ciddi azalma müşahidə edilməyib.
ASAN İmza fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün təqdim edilir.
Xatırladıram ki, son zamanlar SİMA rəqəmsal imzası xeyli populyarlaşıb, inteqrasiya xeyli genişlənib. Bir müddət öncə açıqlama verilmişdi ki, “AZCON” tərkibində olan “AzİnTelecom” və DVX bu imzanı artıq sahibkarlar üçün ən vacib sahə olan vergi infrastrukturuna da tam inteqrasiya ediblər.
Düşünmək olar ki, “ASAN İmza” sertifikatlarının sayının 24% azalması məhz SİMA imza sertifikatlarının artması, xüsusən də biznes sektora inteqrasiyasının güclənməsilə bağlıdır.
Yəni rəqabət öz sözünü deyir.
Hələlik hüquqi şəxslər üçün, dövlət qurumları üçün SİMA ilə bağlı məhdudiyyətlər qalır. Prosesin xeyli uzanması maraqlı tərəflərin olduğunu da göstərir.
Ümid edirəm bu sektora da inteqrasiya tez başa çatar.
Gözləmək olar ki, bundan sonra rəqəmsal imza sektorunda rəqabət daha da artacaq və bu da xidmət keyfiyyətinin artmasına və qiymətlərərin daha əlçatan olmasına imkan yaradacaq.